Yerli məhsullar TV-lərdə güzəştlə reklam edilə bilər
Prezident Administrasiyasına Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi barədə təklif göndərilib.
“Marja” xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
“Vətəndaşlar sənayenin və sahibkarlığın inkişafına dair təkliflərində iqtisadi sahədə idarəetmənin təkmilləşdirilməsi, bəzi strukturlarda ixtisarlar aparılması, istifadəsiz qalan torpaqların dövriyyəyə cəlb edilməsi, emal müəssisələrinin yaradılması üçün faizsiz kreditlər verilməsi, iqtisadiyyatla bağlı geniş müzakirələr, “dəyirmi masa” ətrafında söhbətlər aparılması, tikinti materialları istehsalının daha səmərəli təşkil edilməsi, yarımçıq tikililərin başa çatdırılmasına dövlət dəstəyi, qeyri-neft sektoruna maraq göstərən sahibkarlar üçün müvafiq fondlar yaradılması və onlara vergi güzəştlərinin edilməsi, bir sıra rayon mərkəzlərində əvvəllər fəaliyyət göstərmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, qoyunçuluğun inkişaf etdiyi ərazilərdə yeni gön-dəri tədarükü məntəqələrinin açılması, Azərbaycanın zəngin təbiətinin imkanlarından istifadə etməklə yeni parfümeriya müəssisəsinin açılması, neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi, mühərrik yağları istehsalının təşkil edilməsi, yerli tikinti məhsulları istehsalının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, şərabçılığın, əczaçılığın inkişaf etdirilməsi, Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi və sair məsələlər barədə təklif və mülahizələrini bildirirlər”,- o deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























