“Kapital Bank” daha az faiz ödəyib - GƏLİRİ ARTIB, XƏRCİ AZALIB
“Kapital Bank”ın faiz gəlirləri artsa da, faiz xərcləri azalıb.
“Marja” xəbər verir ki, cari ilin 9 ayı ərzində Bankın faiz gəlirləri 234 milyon 57 min manat təşkil edib. Ötən ilin 9 ayında Bankın faiz gəlirləri 194 milyon 704 min manat olmuşdu. Qısası, “Kapital Bank”ın faiz gəlirləri 20% artıb.
“Kapital Bank”ın faiz gəlirlərinin 20% artmasına baxmayaraq faiz xərcləri təxminən 9% azalıb. Belə ki, ötən ilin 9 ayında 62 milyon 874 min manat təşkil etmiş faiz xərcləri, cari ilin eyni dövründə 57 milyon 782 min manat təşkil edib (5 milyon 92 min manat azalma).
Faiz xərclərinin azalması Bankın daha ucuz pul istifadə etdiyinə işarədir. Birincisi “Kapital Bank” 2017-ci ilin payızında əmanət faizlərini 12%-dən 7-8%-ə endirib. Daha aşağı əmanət faizi xərclərin azalmasının səbəblərindən biridir.
İkincisi “Kapital Bank” böyük kapitala malikdir. Səhmdarların sərmayəsi və əldə edilən böyük mənfəətlər hesabına formalaşmış böyük kapital Bankın vəsaitə olan tələbinin bir hissəsini təmin edir.
Həmçinin “Kapital Bank” nüfuzlu və iri bank olduğundan daha aşağı faizlər ilə vəsait cəlb etmək gücünə malikdir.
Digər bir səbəb bankın xərclərini azaltması, elektron bankçılığa yönəlməsidir.
FAİZ GƏLİRLƏRİ FAİZ XƏRCLƏRİNDƏN ÇOX ARTIB
“Kapital Bank”ın qeyri-faiz gəlirləri ötən ilin 9 ayının yekunu ilə müqayisədə 14 milyon 388 min manat və ya 15% artaraq 110 milyon 730 min manat təşkil edib. Müqayisə olunan dövrdə qeyri-faiz xərcləri isə 13 milyon 587 min manat və ya 12,7% artaraq 120 milyon 642 min manata qalxıb.
HƏMÇİNİN OXU: “Kapital Bank”ın gəlirləri və xalis mənfəəti artıb - YENİ RƏQƏMLƏR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 11 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
Ən çox oxunanlar
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu







.jpg)









.jpg)





