Gürcüstan Prezidenti ölkədə marixuananın istehsalına qarşı çıxıb
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə hər hansı narkotik vasitənin istehsalının əleyhinədir.
O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin narkotik istehsalçısına çevrilməsi onun beynəlxalq arenadakı imicinə xələl gətirəcək.
“Mənim üçün Gürcüstanda narkotik vasitələrin istehsalı tamamilə qəbuledilməzdir və bunun iki səbəbi var. Birinci səbəb odur ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çevriləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz”, - G.Marqvelaşvili deyib.
Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























