Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü
Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.
Komitədən “Marja”ya daxil olmuş məlumata görə, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü.
Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9:00-dan 17:00-a qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur.
Səyyar ofisin hansı bölgədə olmasından asılı olmayaraq vətəndaşlar ərazi idarələrindəki kimi bütün növ qeydiyyat xidmətlərindən yararlana bilirlər. Optik şəbəkə kabelinin qoşulması ilə Milli Qeydiyyat Sisteminin baza məlumatlarına birbaşa bağlantının yaradılması buna imkan verir. Həmçinin bununla müxtəlif növ qeydiyyat xidmətləri çevik və operativ qaydada həyata keçirilir.
Vətəndaş məmnunluğunun artırılması, onların daha rahat və sadə proseduralarla qeydiyyat xidmətlərindən faydalanması üçün fəaliyyətin müasir və modern əsaslarla qurulması diqqət mərkəzində saxlanılıb. Belə ki, mükəmməl fəaliyyət prosesi üçün müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları tətbiq edilib. Yeni mobil ofisdə nəzarətin təmin edilməsi üçün video müşahidə sistemi quraşdırılıb.
Müasir proqram təminatı ilə eyni anda bir neçə vətəndaşa müxtəlif növ qeydiyyat xidmətləri göstərmək mümkündür. Bundan başqa nəqliyyat vasitəsinin həm daxilində həmdə xaricində qeydiyyatla bağlı maarifləndirici məlumatları əks etdirən monitorlar quraşdırılıb. Hüquqi prosedurları izah edən elektron monitorlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri sənədlərin siyahısı, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Həmçinin burada vətəndaşlar əmlakın qeydiyyatı üçün tələb olunan xidmət haqları və rüsumlar barədə məlumat əldə edə bilir.
Əhaliyə daha yaxın olan səyyar nəqliyyat vasitəsində daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı, texniki pasportun verilməsi, qeydiyyat arayışlarının əldə edilməsi, o cümlədən dublikatın verilməsi mümkündür. Həmçinin bu mobil ofisdə daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi, ünvan barədə məlumatların verilməsi, daşınmaz əmlakın fərdi qiymətləndirilməsinin aparılması kimi işlər görülür.
Qeyd edilməlidir ki, hazırda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyanın bu həftəki ünvanı Xırdalan şəhəridir. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər. İndiyədək Abşeronun 14 kənd və qəsəbəsində keçirilən kampaniya zamanı 1000-ə yaxın vətəndaşa xidmət göstərilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
3 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























