“9 ayda 300-dən artıq avtomobil satmışıq”
Azərbaycanın avtomobil bazarındakı canlanma yeni Audi-lərin satışında da hiss olunur.
Audi-nin Azərbaycanda rəmsi idxalçısı “European Cars” MMC-nin İcraçı direktoru Əli Əhədov “Marja”ya bildirib ki, keçən illə müqayisədə satışlarda artım var:
“2017-ci ili yaxşı göstəricilər ilə başa vurmuşuq və bu ili də artımla bağlayacağımızı gözləyirik. Artıq 2018-ci ilin 9 ayında 300 ədəddən artıq avtomobil satmışıq”.
Qeyd edək ki, bir neçə gün öncə Audi Bakı Mərkəzində yeni Audi Q8 modeli təqdim olunub. Bu modelin satışlara təkan olacağı gözlənilir.
Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) Azərbaycana 16 min 382 ədəd nəqliyyat vasitəsi idxal olunub. Nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 9 min 739 ədəd artıb. 2017-ci ilin 9 ayında Azərbaycanda 6 min 643 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında minik avtomobillərinin idxalı 5 min 783 ədəddən 14 min 680 ədədə qalxıb (2,5 dəfə və ya 8897 ədəd artım).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
-
17 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 39 d. əvvəl
-
49 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
11 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Ən çox oxunanlar
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda















.jpg)









