Baş nazir növbəti iclası keçirdi
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
İclasda “Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov, dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə təhsil sahəsinin də dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğının təcəssümüdür.
Baş nazir ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu, bir sıra əsaslı nailiyyətlərin əldə edildiyini dedi. Bildirdi ki, Strategiyada nəzərdə tutulmuş 5 mühüm istiqamət müəyyən edilib, hədəflərə nail olmaq üçün təhsilin müxtəlif pillə və səviyyələrinə, o cümlədən peşə təhsili pilləsinə aid dövlət sənədləri qəbul olunub, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə tədbirlər görülüb. “Təhsilin inkişafına dair Dövlət Strategiyası"nın və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin əsas hədəfi ölkə iqtisadiyyatının inkişafına uyğun olaraq çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir. Bu məqsədlə respublikada peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və təşkili ilə bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edib.
Bununla yanaşı, müzakirə olunan sahədəki mövcud problemlərə də toxunan Baş nazir Novruz Məmmədov bildirib ki, müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadr hazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılması xüsusilə önəmlidir. Lakin peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, yeni peşə təhsili mərkəzlərinin yaradılması bu tipli müəssisələrdə müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti olmadan səmərə verə bilməz. Bu baxımdan "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırmaq, nəticə etibarı ilə ölkənin davamlı inkişafını təmin etməkdir.
Sonra gündəlikdə duran hər iki məsələyə dair təhsil naziri Ceyhun Bayramovun məruzələri dinlənilib.
Məruzələr ətrafında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Nazirlər Kabinetinin şöbə müdiri Musa Ələkbərov və başqaları çıxış etdilər.
Ölkədə təhsilin inkişafı məsələlərinə dair aparılan ətraflı fikir mübadiləsindən sonra müzakirələrə yekun vuran Baş nazir Novruz Məmmədov nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müvafiq göstərişlər verdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində





















