Tramp: Səudiyyə Ərəbistanının açıqlaması məni qane etmədi
ABŞ Prezidenti Donald Tramp, səudiyyəli jurnalist Cemal Kaşıkçının öldürülməsi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən verilən açıqlamadan qane olmadığını bildirib.
Daha əvvəl Səudiyyə Ərəbistanının Cemal Kaşıkçıya dair verdiyi açıqlamanın "inandırıcı" olduğunu bildirən Tramp, bu dəfə açıqlamadan "qane olmadığını" deyib.
"Marja" xəbər verir ki, Tramp, Ər-Riyad rəhbərliyinin istintaq üçün bir aylıq müddət istədiyini bildirərək, "Bu, çox uzun bir müddətdir, buna ehtiyac yoxdur",- deyib.
Donald Tramp jurnalistlərə verdiyi açıqlamada Kaşıkçı hadisə ilə bağlı qısa müddət ərzində daha çox məlumat alacaqlarını deyib.
Tramp etdiyi açıqlamada, "Nələr olduğunu qısa müddət ərzində öyrənəcəyəm. Çünki hazırda Türkiyədə və Səudiyyə Ərəbistanda çox istedadlı qruplar var. Çox yaxın zamanda öyrənəcəyik. Bu işləri çox yaxşı həll edən, inanılmaz istedadlı insanlarımız var. Bu gecə və ya sabah geri qayıdırlar və qısa müddət ərzində nələr olduğunu öyrənəcəyəm. Bu ana qədər eşitdiklərim məni qane etmədi",- ifadələrini istifadə edib.
Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı ticarət müqavilələrini də yenidən gündəmə gətirən Tramp, 110 milyard dolları hərbi ləvazimatlar olmaqla 450 milyard dollarlıq müqavilələrdən imtina etməyi düşünmədiyini də bildirib.
CİA DİREKTORU TÜRKİYƏYƏ GƏLİR
ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) direktoru Gina Haspelin, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən jurnalist Cemal Kaşıkçıilə bağlı istintaq kontekstində danışıqlar aparmaq üçün bu gün Türkiyəyə səfər edəcək.
KAŞIKÇI HADİSƏSİ
Səudiyyə Ərəbistanı, 2 Oktyabrda İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan Kaşıkçının "konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldüyünü" açıqlamışdı.
Açıqlamada, Cemal Kaşıkçının İstanbul Baş Konsulluğuna gəldiyi zaman burada olan "başqa Səudiyyə vətəndaşları ilə mübahisə başladığı, mübahisənin davaya çevrilməsi və bunun nəticəsində Kaşıkçının öldüyü" iddia edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





