“Ata Bank”ın vəziyyəti məlum oldu
“Ata Bank” ASC 2018-ci ilin 9 ayını 86 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə “Ata Bank”ın cəmi gəlirləri 35 milyon 333 min manat, o cümlədən faiz gəlirləri 31 milyon 274 min manat, qeyri-faiz gəlirləri 4 milyon 59 min manat təşkil edib. Bankın cəmi xərcləri isə 36 milyon 878 min manat olub və nəticədə Bankın 1 milyon 545 min manat əməliyyat zərəri yaranıb. Əvvəlki illə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 1 milyon 631 min manatı azad olub və bu məbləğ gəlirə əlavə edilib. Nəticədə həm bankın əməliyyat zərəri bağlanıb, həm də 86 min manat xalis mənfəət təmin olunub.
2017-ci ilin yanvar-sentyabr ayları ərzində “Ata Bank”ın cəmi gəlirlər 40 milyon 785 min manat, o cümlədən faiz gəlirləri 36 milyon 205 min manat, qeyri-faiz gəlirləri 4 milyon 580 min manat təşkil etmişdi. Bankın cəmi xərcləri isə 34 milyon 971 min manat olmuş və nəticədə Bankın 5 milyon 814 min manat əməliyyat mənfəəti yaranmışdı. Ötən ilin 9 ayında “Ata Bank” əməliyyat mənfəətinin 4 milyon 142 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.Nəticədə Bank cari ilin 9 ayını 1 milyon 673 min manat xalis mənfəətlə bağlamışdı.
30 Sentyabr 2018-ci il tarixində “AtaBank” ASC 589 milyon 146 min manat cəmi aktivlərə, 444 milyon 694 min manat cəmi öhdəliklərə və 144 milyon 452 min manat cəmi balans kapitalına malik olub.
30 Sentyabr 2017-ci il tarixində “AtaBank” ASC 621 milyon 974 min manat cəmi aktivlərə, 472 milyon 800 min manat cəmi öhdəliklərə və 149 milyon 175 min manat cəmi balans kapitalına malik idi.
31 Dekabr 2017-ci il tarixində isə "AtaBank" 625 milyon 861 min manat cəmi aktivlərə, 479 milyon 387 min manat cəmi öhdəliklərə və 146 milyon 474 min manat balans kapitalına malik idi. Aktivlərin azalmasına - nağd vəsaitlərin, Mərkəzi Bankda müxbir hesabdakı vəsaitlərin, kreditlərin azalması və "Ata Bank"ın digər banklardakı depozitlərini geri götürməsi səbəb olub.
Müştərilərə verilən kreditlər 2017-ci ilin sonundakı 464 milyon 34 min manat manatdan 30 Sentyabr 2018-ci il tarixində 453 milyon 389 min manata düşüb. Bankda depozitlər isə 329 milyon 106 min manatdan 305 milyon 289 min manata geriləyib.
30 Sentyabr 2018-ci il tarixində "Ata Bank" 139 milyon 353 min manat məcmu kapitala malik olub. Böyük məbləğdə məcmu kapitala malik olması "AtaBank"ın güclü tərəflərindən biridir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 19 saat sonra
-
- 18 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
2 saat əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Ən çox oxunanlar
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti
























