“Mr.Fix” beynəlxalq inşaat sərgisində geniş məhsul çeşidləri ilə çıxış edir
(®) 23-26 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirilir.
"Kartaş LTD" MMC-yə məxsus "Mr.Fix" tikinti kimyəviləri hər il olduğu kimi bu il də, sərgidə fəal iştirak edir.
Stenddə nümayiş olunan bitum əsaslı su izolyasiya materialları (Bitufix), "Polyboard" istilik izolyasiya sistemləri, beton qatqıları, kafel və keramika yapışdırıcıları, dərz dolğuları, dekorativ və digər suvaq məhsulları sərgi ziyarətçilərində xüsusi maraq oyadır.
"Mr.Fix" Bakı Ekspo Mərkəzdə hər zamankı yerində (B 1046 saylı stend) ziyarətçilərini qəbul edir. Yüzlərlə mütəxəssisin ziyarət etdiyi Mr.Fix stendində məhsul qruplarına özəl tətbiq lövhələri təkcə nəzəri deyil, həm də praktik məlumatlar təqdim edir. Stendi ziyarət edənlər: yeni və mövcud məhsullar haqqında məlumatlar alır; qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə edir! Sərgidə inşaat sektorundan müxtəlif peşə sahibləri Mr.Fix məhsulları ilə maraqlanaraq qarşılıqlı təcrübə və fikir paylaşımı edir.
"Mr.Fix" markası 15 ildir ki, “Doğru seçim, doğru nəticə” devizi altında yerli inşaat bazarının qabaqcıl istehsalçısıdır. Mr.Fix 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir. Texnoloji yenilikləri daima izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət, yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir. ISO 9001 keyfiyyəti idarəetmə sistemi, AZS və Avropa standartlarına uyğun olaraq istehsal edilən məhsullar etibar edilən və ən çox üstünlük verilən məhsullardandır.





Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















