SOCAR AQŞ yeni rekordlara imza atdı
SOCAR AQŞ bu günlərdə milli qazma sənayesində yeniliyə imza atıb.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığından uğurla istifadə edən müəssisə ‘’Bulla’’ yatağının 6 saylı dəniz stasionar özülündə 113 nömrəli quyuda ağır çəkili aralıq kəmərinin birdəfəyə endirmək cəhdini uğurla həyata keçirib. Belə ki, ümumi çəkisi havada 546 ton olan ikinci aralıq kəmərin 5093 m dərinliyə, çəkisi 393 ton olan texniki kəmərin isə 5619 m dərinliyə birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib. Bunlar Azərbaycanın qazma sənayesində yeni rekordlardır.
Baş direktorun müavini, Baş geoloq İftixar Qasımov bildirib:
“Hal-hazırda 113 saylı quyuda qazma işləri 5620 m dərinliyində davam etdirilir. Qazma işləri ‘’Bulla’’ yatağı üçün ən məhsuldar sayılan VII horizontu tam bağlamaqla davam etdiriləcək və quyruq kəməri endirilərək sementlənəcəkdir. Layihəyə əsasən 113 nömrəli istismar quyusu VIII horizontu açmaqla tamamlanacaq və istismara veriləcəkdir. Xəzər dənizinin Azərbaycan sektorunda yüksək təzyiqli və temperaturlu quyuların qazılması zamanı və o cümlədən, ‘’Bulla’’ yatağı üzrə V və VII horizontlardan beynəlxalq standartlara cavab verən süxur nümunələrinin götürülməsini ilk dəfə olaraq SOCAR AQŞ həyata keçirmişdir. Əminəm ki, görülən işlər nəticə etibarı ilə respublikamızın qazma sənayesinin inkişafında yeni səhifə açacaqdır!’’.
Qeyd edək ki, milli qazma sənayesində ilk dəfə olaraq SOCAR AQŞ 2017-ci ildə ‘’Bulla’’ yatağının 6 saylı dəniz stasionar özülündən qazılan 78 nömrəli axtarış quyusunun tikintisi zamanı dərin quyularda qoruyucu kəmərin iki mərhələdə endirilməsi ənənəsinə son qoymuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
2 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hind rupisinə zərbə: Tarixi minimumda
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























