"Uçot dərəcəsini aşağı salırıq, kredit faizləri isə enmir"
"Yaxın gələcəkdə kredit faizlərinə təsir imkanlarımızı artıracağıq"
“Bank sistemində olan problemlər, orada olan zəifliklər imkan vermir ki, kredit faizlərini aşağı salaq”.
“Marja” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması əmanət (depozit) faizlərinə azaldıcı təsir göstərir, kredit faizləri isə enmir:
“Faiz qərarlarının aşağı salınması kredit faizlərinin aşağı düşməsində əks olunmur. Əmanət faizləri aşağı düşsə də kredit faizləri enmir. Çünki kredit faizləri təkcə uçot dərəcəsindən asılı deyil. Bankların cəlb etdiyi vəsaitlərin yeganə mənbəyi depozitlər deyil. Burada bir çox mürəkkəb məsələlər var. Hazırda bank sektorunda böyük profisit var (izafi vəsait - Marja), banklar bu vəsaitləri yerləşdirmək istəyirlər. Bazar iqtisadiyyatının dilində desək, çox böyük təklif var. Bu, kredit faizlərinin aşağı düşməsinə gətirib çıxartmalı idi. Lakin eko-sistemdə olan risklər, bank sisteminin özündə olan problemlər, orada olan zəifliklər imkan vermir ki, kredit faizlərini aşağı salaq. Biz və digər qurumlar bu istiqamətdə işlər görürük. Biz çalışacağıq ki, yaxın gələcəkdə pul kredit və bank siyasətinin kredit faizlərinə təsir imkanlarını artıraq. Biz kredit faizlərini idarə etməyə çalışırıq. Bu böyük islahat tələb edir. Artıq islahat gündəliyi var. Bizim başlıca diqqətimiz bu islahat göndəliyindədir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
15 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
36 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
41 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
48 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib




.jpg)










.jpg)







