Yeni vəkil büroları təsis edildi
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
"Marja" xəbər verir ki, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunmuşdur.
Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Xəzər Consulting”, “Faiq Nağıyev və partnyorları”, “Alyans” vəkil büroları, Bakı şəhəri 23, 25 və 26 saylı vəkil büroları, o cümlədən Astara rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunub.
İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 22.02.2018-ci il tarixli aərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin təmiri və istifadəyə verilməsi üzrə hazırlıq işləri, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
İclasda həmçinin qeyd olunan sərəncamının icrası çərçivəsində Naxçıvan MR-da insanların hüquqi yardıma çatımlılığının təmin edilməsi, ucqar yaşayış məntəqələrində yaşayan əhaliyə keyfiyyətli hüquqi yardımın çatdırılması məqsədilə Naxçıvan MR-nın Vəkillər Kollegiyasına nəqliyyat vasitəsinin alınıb verilməsi barədə qərar qəbul olunub.
Bundan başqa bildirilib ki, Azərbaycanın bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus satın alınıb. Həmin mikroavtobus vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil ediləcək.
Bundan başqa, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən dövlət qulluğuna keçmək ilə əlaqədar, fəaliyyəti dayandırılmış vəkillərin dövlət qulluğunda olduqları dövrdə üzvlük haqlarının ödənilməsi barədə qərar qəbul olunub.
Daha sonra ölkədə səmərəli vəkillik fəaliyyətinin təşkili, o cümlədən vəkillik haqqında qanunvericiliklə tənzimlənməyən məsələlərin həlli məqsədilə Vəkillər Kollegiyasının üzvlərinin rəyləri nəzərə alınmaqla ilk dəfə olaraq “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi”, “Elektron vəkil kabinetindən istifadəyə dair”, “Vəkil kabinetinin yaradılmasına dair”, “Vəkil qurumlarının yaradılması və fəaliyyətinə dair” və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” qaydaları qəbul olunub və yaxın günlərdə adıçəkilən qaydaların Kollegiyanın rəsmi internet səhifəsində yerləşdirilməsinin zərurəti bildirilib.
Vəkilliyə sənəd qəbulunun sadələşdirilməsi üzrə qeyd olunmalıdır ki, artıq əvvəlki illərdən fərqli olaraq vəkilliyə namizədlər onların iş stajlarını, ali təhsilləri haqqında diplomlarının surətləri və digər sənədləri toplamayacaqlar. Onlar imtahanda iştirakla bağlı özlərinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab vermələrini öz imzaları ilə təsdiq etməklə ərizə-anket formasını təqdim edəcəklər. Bundan sonra yazılı test imtahanı mərhələsini keçən namizədlərdən aidiyyəti sənədlərin təqdim edilməsi Sənəd Qəbulu Komissiyası tərəfindən tələb olunacaqdır.
Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin, habelə “Advokat” futbol komandasının bu günlərdə Ukraynada keçirilmiş vəkillər arasında futbol turnirində qələbə qazanması münasibətilə komanda üzvlərinin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.
İclasda vəkillər barəsində başlanılıb, 21 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 1 il müddətinə və mülki-prosessual və vəkillik haqqında qanunvericiliyin tələblərini pozaraq, vəkil üçün müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 6 ay müddətinə dayandırılması ilə bağlı qərər qəbul olunub. Həmçinin 1 vəkilə töhmət, 1 vəkilə xəbərdarlıq verilib, 12 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
44 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək






.jpg)
.jpg)







.jpg)




