Neftə təlabat artacaq - 106 milyon barelə yüksələcək
Qlobal enerji tələbatının 2040-cı ilə qədər təxminən 26,7 faiz artaraq 17 milyard 715 milyon ton neft ekvivalentinə çatacağı gözlənilir.
"Marja"nın Beynəlxalq Enerji Agentliyinin (IEA) "2018 Dünya Enerji Mənzərəsi" hesabatından topladığı məlumatlara görə, ötən il cəmi qlobal enerji tələbatı 13 milyard 972 milyon ton neft ekvivalenti səviyyəsində reallaşıb.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Dünya miqyasında 2040-a qədər ən yüksək enerji tələbatı 8 milyard 201 milyon ton ekvivalent neftlə Çinin də yer aldığı Asiya Sakit Okean regionundakı ölkələrdən olacaq. Bu bölgənin ardınca, 2 milyard 693 milyon ton ekvivalent neftlə Şimali Amerika gələcək.
Avropada isə enerji tələbatı 2040-a qədər 256 milyon ton ekvivalent neft azalacaq. Bu azalmaya baxmayaraq, Avropa dünya miqyasında Asiya Sakit Okean və Şimali Amerikanın ardından 1 milyard 752 milyon ton ekvivalent neftlə enerji tələbatı ən yüksək üçüncü zona olacaq.
Avropadan sonra 1 milyard 299 milyon ton ekvivalent neftlə Afrika və 1 milyard 200 milyon ton ekvivalent neftlə Orta Şərq regionu gələcək.
Qlobal enerji tələbatı, 2040-a qədər təxminən 26,7 faiz artaraq 17 milyard 715 milyon ton neft ekvivalentinə çatacaq.
NEFTƏ TƏLƏBAT ARTACAQ
Qlobal enerji mənbələri arasında ən yüksək tələbat yenə neftə olacaq. Keçən il orta hesabla 94 milyon 800 min barrel olan gündəlik qlobal neft tələbi, gündəlik 11 milyon 500 min barrel artaraq 2040-da 106 milyon 300 min barelə yüksələcək.
Qlobal neft istehsalının 2040-da gündəlik 103 milyon 400 min barelə çatacağı gözlənilir. OPEC-in hasil edilən neft içindəki payının isə 45%-ə yüksələcəyi təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
21 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 21 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















