11 bankda artıb, 8-də azalıb - ƏMƏLİYYAT MƏNFƏƏTİ
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Kapital Bank", "Bank Respublika", "Naxçıvan Bank", "AFB Bank", "Nikoyl Bank", "Bank Silk Vey", İran Milli Bankının Bakı filialı, "Turan Bank", "Günay Bank", "Rabitəbank" və "Yapı Kredi Bank Azərbaycan"dır. Ən yüksək dinamika "Kapital Bank"da (37,4%) ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,1%) qeydə alınıb.
1 bankın - "Xalq Bank"ın əməliyyat mənfəəti demək olar ki, dəyişməyib.
8 bankın - "Zıraat Bank Azərbaycan", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "NBC Bank", "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "Muğan Bank" və "Express Bank"ın əməliyyat mənfəəti isə illik müqayisədə azalıb. Ən çox azalma "Express Bank"da (60,9%), ən az azalma isə "Zıraat Bank Azərbaycan "da (3,7%) qeydə alınıb.
Hesabat dövründə 4 bankın - "Azər-Türk Bank", "AGBank", "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın əməliyyat zərəri müvafiq olaraq 18,9 dəfə, 6 dəfə, 3,1 dəfə və 30,1% artıb, 2 bankın - "Access Bank" və Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri müvafiq olaraq 4,8% və 38,6% azalıb.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
3 bank - "Atabank", "Bank of Baku" və "Unibank" bu ilin ilk 9 ayını əməliyyat zərəri ilə, ötən ilin ilk 9 ayını isə əməliyyat mənfəəti ilə, 1 bank - "Bank BTB" isə bu ilin yanvar-sentyabr aylarını əməliyyat mənfəəti ilə, ötən ilin yanvar-sentyabr aylarını əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların maliyyə göstəriclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
9 BANK ƏMƏLİYYAT ZƏRƏRİNƏ UĞRAYIB
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-u əməliyyat mənfəəti əldə etməyib.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Atabank", "AGBank", "Unibank", "Amrah Bank", "Bank VTB Azərbaycan", "Bank of Baku" və "Access Bank"dır. Əməliyyat zərərinin ən yüksək həddi "Access Bank"da (25,667 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (70 min manat) qeydə alınıb.
Qalan 21 bank isə ilin ilk 9 ayından əməliyyat mənfəəti ilə çıxıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"ında (216,561 milyon manat), ən aşağı göstərici isə "Turan Bank"da (697 min manat) olub.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb





.jpg)
.jpg)






.jpg)







