ABŞ, Çin mallarına əlavə vergidən 18,4 milyard dollar qazanır
Avropa İqtisadi və Maliyyə Siyasəti Araşdırma Şəbəkəsi (Econpol) tərəfindən həyata keçirilmiş "Çin ilə ticarət müharibəsinin xərcini kim ödəyir"? başlıqlı araşdırmaya görə, ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etməyə başladığı gömrük tarifi yükünün 75%-i Çin ixracatçıları tərəfindən qarşılanır.
"Marja" xəbər verir ki, "Econpol"un sadə bir iqtisadi modellə apardığı araşdırmaya görə, gömrük tariflərində 25 bəndlik bir dəyişiklik ABŞ-dakı Çin mallarının qiymətlərinin 4,5% artımasına, Çin istehsalçılarının gəlirlərində isə 20,5 faiz bir azalmaya səbəb olur.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
ABŞ-ın əlavə gömrük vergisi tətbiq etdiyi Çin mənşəli məhsulların idxalında 37% azalma olduğu qeyd edilən tədqiqatda, iki ölkə arasındakı ticarət kəsirinin də 17 faiz azaldığı vurğulanıb.
Araşdırmaya görə, ABŞ, əlavə tariflər ilə 22,5 milyard dollar gəlir əldə edir. Gömrük vergisinin, ABŞ-lı istehlakçılara yüklədiyi xərcləri çıxdıqdan sonra ABŞ hökumətinin xalis qazancı 18,4 milyard dollar olur.
Digər tərəfdən, dünyanın ən böyük iki iqtisadiyyatı eyni zamanda bir-birilərinin ən böyük ticarət tərəfdaşlarıdır. Demək olar ki, hər il artım göstərən ABŞ-Çin ticarəti, keçən il 635,5 milyard dollarla rekord qırıb. Rəqəmin təxminən 130 milyard dollarını ABŞ-ın idxalı, 505,5 milyard dollarını isə Çinin ixracı təşkil edib. Beləliklə, Çin, ABŞ-ın təkcə ən böyük ticarət tərəfdaşı deyil, eyni zamanda ən çox ticarət kəsiri olduğu ölkədir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 d. əvvəl
-
25 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
33 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı







.jpg)








.jpg)






