Boşluqlar sahibkarlara ciddi problemlər yaradır - PALATA MƏHKƏMƏYƏ VERİR, CƏRİMƏLƏYİR
Rezident və qeyri-rezidentlərin ölkədən kənara xarici valyuta ilə köçürmələri ilə bağlı tənzimləmədə mövcud problemlər və onların aradan qaldırılması yolları
“İqtisadi və sosial siyasət üzrə milli qanunvericiliyin təhlili, onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində təkliflərin dövlət orqanlarına təqdim edilməsi beyin mərkəzi olaraq “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Mərkəzin ölkədə valyuta tənzimlənməsi və nəzarəti sahəsində siyasətin təhlili ilə bağlı apardığı araşdırmalar və xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlarla keçirtdiyi görüşlər nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ında mövcud olan bir sıra boşluqlar sahibkarlıq subyektləri üçün ciddi problemlər yaradaraq onların azad bazar fəaliyyətini məhdudlaşdırır”.
Bunu “Marja”ya “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov bildirib.
Onun sözlərinə görə, sözügedən Qaydaların əsas məqsədi əslində valyuta nəzarətinin gücləndirilməsi və xarici valyutanın qanunsuz olaraq ölkədən çıxarılmasının qarşısının alınması olsa da, xarici iqtisadi fəaliyyətin bir sıra formaları və Beynəlxalq Ticarət Palatası tərəfindən nəşr olunan və beynəlxalq alqı-satqı müavilələrində geniş tətbiq olunan “İncoterms” beynəlxalq kommersiya şərtlərinin tətbiq olunduğu bir sıra halların tənzimlənməsi Qaydalarda öz əksini tapmadığından son dövrlər Qaydaların tətbiqi ilə əlaqədar bir çox yerli şirkətlər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən məhkəməyə verilmiş və cərimələnmişdir:
"Təkcə bir faktı qeyd etmək kifayətdir ki, həmin Qaydalardakı boşluqların ölkədə azad sahibkarlığın inkişafına mənfi təsirinin miqyası ilə bağlı təsəvvür yaransın. Bakı Appelyasiya Məhkəməsinin rəsmi internet səhifəsinə əsasən 2017-ci ilin avqust ayından cari ilin noyabr ayınadək olan dövrdə Bakı Appelyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının tərtib etdiyi protokollar üzrə çıxarılmış məhkəmə qərarları ilə əlaqədar 830-dan çox appelyasiya şikayətinə baxılmışdır.
Qeyd olunanlar nəzərə alınaraq “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması Qaydalar”ının beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilmişdir.
Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən (avans) vəsaitlər üzrə əməliyyatların aparılması bu Qaydaların 4.3.1-ci bəndi ilə tənzimlənir. Bu bəndin icrasına nəzarət isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir.
Mövcud qaydalara əsasən Azərbaycanda fəaliyyət göstərən rezident və ya qeyri-rezident şirkətlər malların idxalı bağlı Azərbaycandakı bank hesablarından ölkədən xaricə xarici valyutada yalnız o halda ödəniş edə bilərlər ki, alınan mallar 270 gün ərzində Azərbaycana gətirilsin və həmin vəsaiti ödəyən rezident və qeyri-rezidentlər tərəfindən gömrük bəyannaməsi banka təqdim edilsin. Qaydalarda malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı yalnız bir istisna var ki, burada da belə köçürmələr yalnız mal alanın üçüncü ölkədə yerləşdiyi və mal alan tərəfindən əvvəlcədən ödəniş edildiyi hallarla məhdudlaşdırılır.
Beləliklə, qaydalar banklar vasitəsilə xarici valyutada ödənişlər edən şirkətlərin üçüncü ölkələrdə yerləşən və əvvəlcədən ödəniş edən şirkətlərə münasibətdə vasitəçilik fəaliyyətini nəzərə alsa da, Azərbaycan ərazisində və xaricdə yerləşən üçüncü tərəflərlə olan vasitəçilik münasibətlərinin aşağıdakı formalarını nəzərə almır:
1.Malların Azərbaycan Respublikasının gömrük sərhəddində təhvil verilməklə Azərbaycanda yerləşən üçüncü tərəfə satılmasının və gömrük rəsmiləşdirilməsinin malların son alıcısı tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Qeyd olunmalıdır ki, beynəlxalq ticarət praktikasında ticarət vasitəçiliyi fəaliyyəti yerli və xarici şirkətlərə münasibətdə həyata keçirilməsinə görə fərqləndirilmir. Yəni, Azərbaycanda yerləşən şirkətin malı xaricdə yerləşən bir şirkətdən alıb başqa bir xarici ölkədə yerləşən üçüncü bir şirkətə satmağı ilə Azərbaycan Respublikasının gömrük sərhəddində təhvil verməklə Azərbaycanda yerləşən başqa bir şirkətə satması arasında mahiyyətcə hər hansı fərq qoyulmamalıdır. Məsələn, Azərbaycanda yerləşən “A” şirkəti Almaniyada yerləşən qeyri-rezident “B” şirkətinin rəsmi distrübyutorudur və həmin şirkətlə “İncoterms”-in “EXW – Ex Works (named place of delivery)” şərti ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə Azərbaycanda yerləşən bank hesabından “B” şirkətinin hesabına 500,0 min ABŞ dolları məbləğində ödəniş edirək müəyyən sayda malları “B” şirkətindən satın alıb Almaniyada yerləşən anbarına yerləşdirir. Müəyyən müddət sonra “A” şirkəti Azərbaycanda yerləşən “C” şirkəti ilə alqı-satqı müqaviləsi imzalayır və “B” şirkətindən aldığı malları “C” şirkətinə satır. Həmin müqavilədə malların “İncoterms 2010”-un “DAP (Delivered at place)” şərti ilə çatdırılması nəzərdə tutulmuşdur. Yəni, “A” şirkəti malları Almaniyadan gətirərək Azərbaycanın gömrük sərhəddində “C” şirkətinə təhvil vermiş və mallar gömrükdə “C” şirkəti tərəfindən rəsmiləşdirilərək Azərbaycana idxal olunmuşdur.
Görünüyü kimi, bu situasiyada “A” şirkəti Azərbaycanda yerləşən “C” şirkətinə münasibətdə vasitəçilik etmişdir. Lakin mövcud Qaydalara görə 270 gün ərzində mallar “A” şirkəti tərəfindən Azərbaycan idxal olunmalı və gömrük bəyannaməsi banka təqdim edilməli idi. Təbii olaraq, belə olan şəraitdə bank bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verir və Palata da öz növbəsində protokol tərtib edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün “A” şirkətini məhkəməyə verir.
2. Malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən və əvvəlcədən avans ödənişi nəzərdə tutulmadan xarici ölkədə yerləşən üçüncü tərəfə satılmasının nəzərdə tutulduğu rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində malı alan üçüncü şirkət tərəfindən avans ödəniş edilmədən mallar çatdırıldıqdan və ya xidmətlər yerinə yetirildikdən sonra ödəniş nəzərdə tutula bilər ki, bu hal hazırkı Qaydalarda öz əksini tapmamışdır.
Qeyd olunan hər iki hal özündə beynəlxalq ticarət vasitəçiliyini əks etdirir. Digər tərəfdən də bu formada məhdudlaşdırma yerli vasitəçi şirkətlərin ofşor hesablar üzərindən beynəlxalq ticarət əməliyyatlarını davam etdirərək vergidən və valyuta nəzarətindən yayınmasına səbəb ola bilər.
Bununla yanaşı dünya praktikasında qabaqcadan ödəniş edilərkən müəyyən olunmuş müddət ərzində tələb olunan sənədlər banka təqdim edilmədikdə həmin rezident və ya qeyri-rezidentlər qanunvericilikdə nəzərdə tutumuş məsuliyyətə cəlb edilməmişdən əvvəl gecikdirilmənin səbəbləri araşdırılır, alıcının iradəsindən asılı olmayan əsaslı səbəblər müəyyən edildikdə həmin subyektlərə sənədlərin təqdim olunması üçün əlavə vaxt verilir.
Bu baxımdan da “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzi tərəfindən Mərkəzi Banka və Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etdilmiş təkliflərdə beynəlxalq ticarət vasitəçiliyinin digər formalarının, xüsusilə də malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə satılması ilə bağlı valyuta köçürmələrinin tənzimlənməsi, həmçinin də Qaydalara 270 gün müddətinin müəyyən hallarda uzadılması mümkünlüyünü əks etdirən müddəaların daxil edilməsi təklif edilmişdir".
Xəbəri hazırladı: Müşviq Səfərəliyev
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
2 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
3 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























