“ADA” Universiteti “Listinq Məsləhət Proqramı”na qoşulub
Bakı Fond Birjası (BFB) ilə “ADA” Universiteti arasında Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında saziş imzalanıb.
BFB-dən "Marja"ya daxil olmuş məlumata görə, sazişin məqsədi elm və təcrübə arasında əlaqələrin möhkəmlənməsi, qabaqcıl elmi biliklərin təcrübədə tətbiqi, kapital bazarları üzrə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına tövhə verməkdir.
Sazişə əsasən Azərbaycanda kapital bazarları üzrə insan resurslarının inkişaf etdirilməsi, o cümlədən proqrama müraciət etmiş şirkətlərə BFB-də listinqə daxil olmaları üçün təlim ehtiyaclarının ödənişsiz əsaslarla müəyyən edilməsi və təmin edilməsi, onların investisiya imkanlarının dəyərləndirilməsi istiqamətlərində ilə birgə əməkdaşlıq nəzərdə tutulur. Eyni zamanda, razılaşmaya əsasən Universitetin tələbələri üçün BFB-də təcrübə proqramları və karyera imkanları istiqamətləri inkişaf etdiriləcəkdir.
BFB-nin Listinq Məsləhət Proqramının məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.
Proqram çərçivəsində, şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr, biznes idarəçiliyi üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LMP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.
Listinq Məsləhət Proqramının xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.
“ADA” Universiteti Azərbaycanda beynəlxalq nüfuzlu təhsil ocağı olmaqla diplomatiya, ictimai və beynəlxalq münasibətlər, biznes, təhsilin idarəedilməsi, informasiya texnologiyaları və mühəndislik istiqamətlərində bakalavr və magistr proqramları tədris edir.
Universitetin Biznes Məktəbi və İxtisasartırma Proqramları regionda aparıcı yerləri tutmaqla, qlobal səviyyəli mütəxəsisislərin formalşmasında töhfə verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)






.jpg)






