Ermənistanda keçirilən seçkinin nəticələri açıqlandı
Ermənistanda keçirilmiş erkən millət vəkili seçkisinin qalibi, müvəqqəti Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi "Mənim Addımım" ittifaqı olub. İttifaq səslərin 70,4%-ni alıb.
"Marja" xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası, dünən keçirilən seçkinin rəsmi olmayan nəticələrini açıqlayıb. Məlumata görə, seçkidə 2,5 milyon seçicinin 48,6%-i səs verib.
Paşinyanın partiyasının rəhbərlik etdiyi "Mənim Addımım" ittifaqı səslərin 70,4%-ni alıb.
Ermənistan parlamentinə, Paşinyanın ittifaqı xaricində səddi aşan iki partiya girə bilib. Bunlar, 8,2 faiz səs alan iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası və 6,3 faiz ilə Edmon Marukyanın başçılıq etdiyi Parlaq Ermənistan Partiyasıdır.
Daha əvvəl hakimiyyətdə olan sabiq Prezident Serj Sarkisyanın Respublikaçılar Partiyası 4,7 faiz, Daşnak partiyası isə 3,9 faiz səs alaraq parlamentə girə bilməyiblər.
Ermənistanda alyanslar üçün 7 faiz, təkbaşına iştirak edən siyasi partiyalar üçün 5 faiz sədd mövcuddur.
Seçkidə iştirak çox aşağı olub. Təxminən 2,5 milyon qeydiyyatlı erməni seçicinin 48,6%-i səs verib. Əvvəlki seçkidə bu nisbət 60 faiz olmuşdu.
Ermənistanda 10 il prezidentlik edən Serj Sarkisyan konstitusiya dəyişikliyi edərək, baş nazir olaraq iqtidarını davam etdirmək istəyirdi. Buna etiraz edən on minlərlə insan aprel ayında mitinqlər keçirmişdi. Nəticədə Sarkisyan istefa etmiş, aksiyalara rəhbərlik edən Paşinyan baş nazir seçilmişdi.
Paşinyan, ölkədə tezliklə erkən seçkiyə gedilməsini istəyərək oktyabr ayında baş nazir vəzifəsindən istefa verib. Bundan sonra parlamentdə keçirilən iki səsvermədə baş nazir təyin olunmayıb. Sonra Dekabrın 9-da erkən seçki keçirilməsinə qərar verilib. Paşinyanın bu müddətdə müvəqqəti baş nazir kimi vəzifəsini icra edib.
Xalqın 5 il üçün seçdiyi millət vəkilləri qarşıdakı günlərdə parlamentdə keçiriləcək səsvermə ilə baş naziri təyin edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























