Banklarda Dolların düşməsi müşahidə olunur - Yenilənib
Xəbər verdiymiz kimi, bu gün banklarda Dollar düşməkdə davam edir.
“Marja” xəbər verir ki, bu gün səhər Dolların satış qiymətini 1.80 manata endirən AmrahBank, məzənnəni ikinci dəfə də aşağı salaraq Dolları 1.79 manatdan satmağa başlayıb.
Bank BTB Dolların alış qimətini 1.76 manatdan 1.7450 manata, satış qiymətini 1.8250 manatdan 1.80 manata, ExpressBank alışı 1.75 manatdan 1.7440 manata, satışı isə 1.83 manatdan 1.82 manata endirib. Günay Bank Dolların alışını 1.78 manatdan 1.75 manata, satışı isə 1.8150 manatdan 1.80 manata salıb.
09:40 XXX
Bu gün saat 12:00 radələrində Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.
“Marja” xəbər verir ki, dünən banklarda Dolların ucuzlaşmasının ardından bu gün də banklarda məzənnələr aşağı düşür.
Məsələn, dünən Dolları 1.76 manatdan alan və 1.8150 manat satan AmrahBank bu gün səhər Dollara 1.75 manat alış, 1.80 manat satış qiyməti təyin edib.
NBC Bank isə Dolların satış qiymətini 1.82 manatdan 1.81 manata, AtaBank 1.83 manatdan 1.8150 manata endirib.
Banklar bir-bir məzənnələri təyin etdikcə xəbər yenilənəcəkdir.
Qeyd edək ki, “Bloomberg” ticarət platformasında USD-AZN məzənnəsi 1.7921 səviyyəsinə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
4 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
















.jpg)




