ABŞ və Səudiyyə "neft bazarındakı prosesləri" müzakirə edib
ABŞ-ın energetika naziri Rick Perry, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih ilə Səudiyyə Ərəbistanının Zahran şəhərində görüşüb.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının neft naziri Falih "Twitter" hesabında verdiyi açıqlamada, neft bazarındakı prosesləri müzakirə etdiklərini qeyd edib.
Ölkəsinin bazarlarda sabitliyin davam etməsi məsələsində qərarlı olduğuna işarə edən Falih, görüşdə Səudiyyə Ərəbistanının karbon emissiyalarını azaltmaq üçün texnologiyalarını inkişaf etdirməsinu və enerji səmərəliliyi mövzusundakı səyləri ilə iki ölkə arasında texniki sahələrdə əməkdaşlıq imkanlarını da müzakirə etdiklərini bildirib.
Falih keçən həftə, OPEC-in hasilatı azaltmaq üçün heç kimdən icazə almağa ehtiyacı olmadığını, ABŞ-ın sözügedən təşkilata diktə etmək hüququ olmadığını söyləmişdi.
ABŞ Prezidenti Donald Trampın, "neft istehsalının gələn il azaldılmaması" çağırışına baxmayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən 5-ci OPEC və OPEC-ə üzv olmayan ölkələrin iclasında hasilatın gündəlik 1 milyon 200 min barrel azaldılmasına qərar verilib.
Dünyanın ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanı, 500 min barellə OPEC üzvü olan ölkələr arasında ən çox hasilatını azaldan ölkə olacaq.
Müqavilə 2019-un Yanvar ayından etibarən 6 ay müddətinə tətbiq olunacaq. İran, Liviya və Venesuela müqavilədən azad edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)




