WoWoman platforması iki illiyini qeyd edib
WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır. Xanımların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılan platforma 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzun müddətli proqram təşkil edib və 17 500 müraciət alıb.
WoWoman fəaliyyətinin ikinci ilini təntənəli tədbirlə qeyd edib. Fairmont Baku otelinin dəstəyi ilə 19 fevral tarixində keçirilən tədbirdə media nümayəndələri, tanınmış qonaqlar, təlimçilər, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçiləri iştirak etmişdir. Tədbir zamanı il ərzində Tech-Tech Xanım İT sahəsində çalışan xanımlar üçün təşkil olunan proqramlar, bu il fəaliyyətə başlayan iki layihə - WoWenture sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün HR Academy layihəsi və digər tədbirlər haqqında məlumat qonaqlarla paylaşıldı.
Platformanın təsisçisi Zara Apetrei Huseynovanın qeyd etdiyi kimi, bu il WoWoman platforması Gəncə şəhərində öz nümayəndəliyini təsis etmişdir və orda yaşayan xanımlar üçün artıq 2 tədbir – “Sıfırdan başla” və “LimitSizsiniz” baş tutmuşdur. Gəncə şəhərində və digər regionlarda yaşayan xanımların inkişafına töhfə vermək məqsədilə bu tədbirlərin davam etdiriləcəyi açıqlanıb.
İkinci ilində ən böyük nailiyyəti isə WoWoman platformasının xarici ölkələrərdə fəaliyyətə başlaması və Ukrayna, Belarus, Qırğızıstan, Pakistannümayəndəliklərinin yaradılmasıdır. Zara Hüseynova: “Biz bütün yaratdığımız nümayəndiliklərə Azərbaycanda WoWoman platformasının uğurundan danışırıq və cəmiyyətdə etdiyimiz müsbət dəyişiklikləri qeyd edirik. Bu isə, öz növbəsində, dünya xanımlarının düqqətini çəkir və öz ölkələrində də eyni istiqamətdə tədbirlər və kurslar təşkil etməyə başlayırlar. Bişkekdə keçirdiyimiz ilk tədbirdə 350+ müraciət aldıq, 150 xanım iştirak etdi və WoWoman Azərbaycanın fəaliyyəti haqqında məlumat əldə etdi. Bizim üçün bu fəxrdir.
Növbəti ildə, hazırda davam edən WoWenture, HR Academy, Events and Express yourself layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etməyi, yeni "Pro in Projects" layihənin idarəedilməsi proqramını və WoWideo film çəkmək üzrə proqrama başlayacağıq. Həmçinin, xanımlarda özlərinə inamı artırmaq və mentorluq vasitəsilə onlara yeni biliklər öyrətməq məqsədilə ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə "WoWoman in Me" layihəsinə start veriləcək.”
Daha sonra xanım Hüseynova, hazırda Kaliforniyada Silikon Vadisində təhsil aldığı proqramda öyrəndiklərinin platformanın daha da inkişaf etməsinə, dünyanın bir çox ölkələrində fəaliyyətə başlamağa və daha çox xanımın həyatını müsbət dəyişməyə kömək edəcəyinə inandığını qeyd edib. Yeni online platformanın yaranmasından xəbərdar olmaq, həmçinin, WoWoman cəmiyyətinin ilk üzvlərdən biri olmaq üçün linkdən qeydiyyatdan keçə bilərsiniz: http://wowomanplatform.pagedemo.co/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








