Lenovo və Nutanix şirkətləri Bakıda blokçeyn layihəsini təqdim ediblər - BANK REYESTRİNİ BİRLƏŞDİRİR
Lenovo və Nutanix Lenovo ThinkAgile HX7820 Appliance platformasına qurulan və Nutanix Acropolis virtuallaşma platforması ilə çalışan dünyada öz ilk blockchain layihəsini təqdim edib.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Blokçeyn Konfransında Lenovo və Nutanix şirkətləri bir çox bank reyestrini birləşdirən blokçeyn texnologiyası əsasında "Fərdi İdentifikasiya Sistemi" üçün birgə həyata keçirilən dünya üzrə ilk dəfə olaraq öz platforma layihəsini təqdim ediblər.
Təqdim edilən həll üsulu, maliyyə təşkilatlarına Lenovo-Nutanix-in infrastrukturuna malik məlumat mərkəzləri əsasında paylanmış hesablama yaratmağı və gələcəkdə istənilən vaxt resursları asanlıqla artırmaq imkanı verir. Bu üsul, yeni nəsil Intel Xeon Skylake prosessorları üzərində işləyən Lenovo ThinkAgile HX7820 Appliance platformasından istifadə edir, virtuallaşdırma platforması qismində isə Nutanix-in Acropolis həlli seçilib. Bu həll üsulu vasitəsilə maliyyə qurumu real vaxt rejimində əməliyyatları idarə edə biləcək. Məsələn, bank hesablarının onlayn açılması və s.
Konfransa qatılan 240-dan çox iştirakçı qarşısında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Lenovo Global Technology-nin Rusiya və MDB üzrə Baş direktoru Dmitri Parşin çıxış etdilər. Blokçeyn texnologiyaları haqqında tədbir iştirakçılarına "AzIntelecom" MMC-nin Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev, Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərid Osmanov, Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumatların İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov və Lenovo Qlobal Biznes İnkişafı üzrə direktoru doktor Con O'şi danışıb.
““Blockchain-as-a-Service” deyilən bulud xidmətlərinin təqdim edilməsi məqsədilə biz Azərbaycan Mərkəzi Bankının blokçeyn layihəsi üçün yaratdığımız arxitekturadan istifadə edəcəyik. Azərbaycanın ilk blokçeyn startaplarından biri (IQREX.com) artıq bizim platformaya keçib və biz bu seqment üzrə ölkədə ilk kommersiya sifarişçisini qazandıq” – deyə Lenovo şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri Rasim Bəxşi bildirib.
Nutanix-in qabaqcıl texnologiyaları, intelektual çoxbuludlu əməliyyat sistemi, süni intelekt və “əşyaların interneti” üçün həll üsulları haqqında Nutanix şirkətinin qabaqcıl texnologiyalar üzrə direktoru Maksim Şapoşnikov və Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer danışıb.
Tədbirin rəsmi hissəsini Yüksək Texnologiyalar Parkı-nın direktoru Tural Kərimli tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi











.jpg)







.jpg)



