“AzAlternativEnerji”nin yığılmış zərəri 14 mln. manata yaxınlaşıb
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,857 mln. manat təşkil edib.
Şiirkətin maliyyə hesabatına görə bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,95% azdır.
2017-ci ildə “AzAlternativEnerji”nin cari aktivləri 1% artaraq 203 min manata çatıb, uzunmüddətli aktivləri isə 7% azalaraq 44,654 mln. manata düşüb.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri təxminən 60% artaraq 37 min manata çatıb, cəmi kapitalı isə 7% azalaraq 44,82 mln. manata düşüb.
2017-ci ildə “AzAlternativEnerji”nin əsas əməliyyat gəlirləri 340 min manat (2016-cı ilə nisbətən 29,3% çox), dövlət büdcəsindən ayırmalar hesabına gəlirləri 2,5 mln. manat (25,4% az), insan resursları üzrə xərcləri 2,121 mln. manat (11,1% az), əməliyyat xərcləri 344 min manat (59,1% az), digər ümumi və inzibati xərcləri 385 min manat (40,95% az), əsas vəsaitlər və qeyri-madi aktivlərin amortizasiyası xərcləri 3,389 mln. manat (4,2% çox) təşkil edib.
Son nəticədə şirkəti ötən ili 3,4 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 4,1% az olsa da, onun yığılmış zərəri 13,728 mln. manata yüksəlib.
Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 mln. manatdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 8 d. əvvəl
-
18 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 26 d. əvvəl
-
48 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 50 d. əvvəl
-
55 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib






















