Neft bahalaşmaqda davam edir
Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, Brent nefti 3,5% bahalaşaraq 58 dollara, ABŞ xam nefti isə 3,8% bahalaşaraq 49 dollara qalxıb.
"Marja" xəbər verir ki, neft qiymətləri bu həftə 6 faizdən çox yüksəlib. Qiymətlər ötən ilin son üç ayında 38% düşmüşdü.
Neftin bahalaşması Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalında dekabr ayında, son iki ilin ən böyük azalmasının baş verdiyinin açıqlanması ilə bağlıdır. İrana qarşı sanksiyalar, Liviyadakı istehsalın azalması və Səudiyyə Ərəbistanının da ixracını azaltmağa başlamasının təsiri ilə, 15 üzvlü OPEC-in neft hasilatı dekabr ayında noyabr ayı ilə müqayisədə gündəlik 460 min barrel azalaraq 32.7 milyon barrelə enib.
Bir sıra analitiklər bildirirlər ki, xam neftin qiyməti dibi görüb və yüksəlməsi gözlənilir. Ancaq mövsümi amillər və digər maliyyə bazarlarındakı risklərə görə ucuzlaşa biləcəyi ehtimalı da var. Ancaq neft dünən qiymətli kağızlarındakı ucuzlaşmanı nəzərə almayaraq bahalaşıb. Bu ümid verən bir işarədir.
ABŞ və Çin arasında ticarət müharibəsi, Vaşinqtondakı siyasi qarışıqlıq, qlobal mərkəzi bankların faiz artırması, qlobal iqtisadi artımın zəifləməsi və ABŞ-da hasilatın artması neftə mənfi təsir göstərir.
2019-cu ilin əvvəlindən OPEC və tərəfdaşları hasilatın azaldılması müqaviləsinin təbiqinə də başlayıblar.
Bu gün ABŞ-da neft hasilatı və ehtiyatları barədə göstəricilər açıqlanacaqdır. Əgər ehtiyatlar azalarsa və neft hasilatının artması səngiyərsə qiymətlər daha da yüksələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






