2000 nəfər Hesab.az hədiyyə kartı qazandı
(®) “Visa Card” kampaniyası uğurla baş tutub
Ödəniş sahəsi üzrə rəqabətin kəskin olduğu bir şəraitdə GoldenPay şirkəti rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarmışdır. İstər ödənişlərin rahatlığı, təhlükəsizliyi, sürətliliyi baxımından istərsə də, həyata keçirdikləri müxtəlif faydalı kampaniyalar ilə daim istifadəçilərin yüksək rəğbət və təqdirini qazanıb.
2018-ci il ərzində böyük layihələrə imza atan Hesab.az ödəmə portalının həyata keçirdiyi ilin növbəti böyük kampaniyasında da istifadəçilər yüksək aktivlik göstərdilər və kampaniya uğurla baş tutdu. Visa kart sahibləri üçün nəzərdə tutulmuş kampaniya şərtlərinə əsasən bank, sığorta və bilet alışlarından başqa, 150 AZN-dən yuxarı bütün ödənişləri edən ilk 2000 şəxs 10 AZN- lik Hesab.az hədiyyə kartı qazandı. Bu kartla onlar Hesab.az portalında 10 AZN məbləğində bank, lizinq, sığorta və bilet alışlarından başqa bütün ödənişləri ödəmək hüququna malikdirlər.
Hesab.az 2018-ci ili uğurlu şəkildə tamamlamağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
-
3 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
3 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
4 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























