“Gəncə Qənnadı” Gəncədə “Çinar” konfetlərinin istehsalını bərpa etməyi planlaşdırır
“Gəncə Qənnadı” ASC Gəncədə “Çinar” konfetlərinin yeni çeşidinin istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə layihə ilə tanış olan mənbə məlumat verib.
“Konfetlərin, həmçinin məşhur “Çinar” konfetlərinin yeni çeşidinin istehsalının təşkilini nəzərdə tutan biznes plan tərtib olunub. Bu məqsədlə Qafqaz regionunda ən iri qənnadı fabriklərinin birində istehsalın bərpası, məhsulların beynəlxalq standartlara uyğun buraxılması məqsədilə yeni avadanlığın quraşdırılması nəzərdə tutulur”, - mənbə qeyd edib.
Şirkət layihəni 4,5-5 mln. dollar səviyyəsində qiymətləndirir.
“Maliyyələşdirmə mexanizmi müzakirə mövzusudur. Layihənin reallaşdırılması müddəti bir il, xərclərin çıxarılması müddəti – 5 ildir”, - mənbə vurğulayıb.
“Gəncə Qənnadı” ASC Gəncə şəhərində yerləşir. Müəssisə 1973-cü ildə istifadəyə verilib və qənnadı məhsullarının istehsalında ixtisaslaşır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib




















