Neft, WSJ-nin iddiası ilə bahalaşır
Tramp hökuməti rəsmilərinin, maliyyə bazarlarını dəstəkləmək və Pekin ilə aparılan danışıqlar prosesini rahatlaşdırmaq məqsədilə Çin məhsullarına tətbiq olunan gömrük vergisini azaltmağı düşündükləri barədə xəbərdən sonra neft qiymətləri yüksəlib.
Əgər, ABŞ güzəştə gedərsə ticarət müharibəsi narahatlıqları, eyni zamanda qlobal inkişafın ləngiyəcəyi qorxuları azalar. Belə olan halda dünyada neftə tələb aratacaqdır.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, Brent nefti 1%-ə yaxın bahalaşaraq 61,75 dollara qalxıb. ABŞ xam neftinin qiyməti isə 0.5% bahalaşaraq 52.53 dollara yüksəlib.
Cümə axşamı günü "Wall Street Journal"da (WSJ) dərc olunan xəbərdə, ABŞ-ın xəzinə naziri Steve Mnuchin-in Çinə tətbiq edilən əlavə gömrük vergilərini salmağı düşündüyü iddia edilib. Xəbərə görə, maliyyə naziri tariflərin azaldılmasını dəstəkləyir, amma Ticarət Nümayəndəsi Robert Lighthizerın məsələ ilə bağlı tərəddüdü var.
Xəbərdən sonra, Nyu-Yorkda birja indekslərində də artım olub.
Xəbər, Çinin Baş nazirinin köməkçisi Liu Henin bu ayın sonunda Vaşinqtona ticarət danışıqlarını davam etdirmək məqsədilə səfər edəcəyini açıqlamasının ardından yayılıb.
ABŞ Prezidenti Donald Tramp, əgər tərəflər 1 Marta qədər geniş bir ticarət sazişini razılaşdırmasalar Çin məhsullarına tətbiq olunan əlavə gömrük vergilərini yüksəldəcəyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 1 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)



