“Nəzərdə tutulan vəsaitin 100 milyon dollarını satmamışıq”
2018-ci ildə valyuta bazarı tam şəkildə tarazlı olub.
“Marja” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“2018-ci ildə valyuta bazarında tələb ödənildi. Ötən il hərraclar vasitəsilə Dövlət Neft Fondunun təxminən 6,5 milyard dollar satması nəzərdə tutulmuşdu. Bu vəsaitin təxminən 100 milyard dolları satılmadı və Fond tərəfindən dövlət büdcəsinə valyuta şəkilində köçürüldü. Bilirsiniz büdcənin dövlət borcunun qaytarılması kimi valyuta xərcləri də var”,- Mərkəzi bankın sədri bildirib.
Elman Rüstəmov əlavə edib ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq valyutaya tələb daha çox olub: “Artan tələb əlavə təklif hesabına ödənilib. 2018-ci ilin yekunları isə üzrə tələb və təklif bərabər olub”.
Elman Rüstəmov bildirib ki, neftin qiymətinin aşağı düşməsinin cari ildə və orta müddətdə valyuta bazarına təsiri gözlənilmir: "Neft qiymətlərindəki volatillik problemdir, amma bunun iqtisadiyyata təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Nəzərdə tutulmuş 6.8 milyard dollar trasfert valyuta hərracları vasitəsilə Azərbaycanın valyuta bazarına daxil olacaqdır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 41 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
4 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
4 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək














.jpg)







