“PAŞA Həyat Sığorta”ya yeni Sədr təyin edildi
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, səhmdarların qərarı ilə əvvəllər şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsini icra edən Niyaz İsmayılov “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
İdarə Heyəti sədrinin I müavini vəzifəsinə isə əvvəllər “PAŞA Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olmuş İbrahim İbrahimov təyin edilib.
Bununla da, şirkətin İdarə Heyəti aşağıdakı qaydada formalaşıb. Şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov, İdarə Heyəti sədrinin I müavini İbrahim İbrahimov, İdarə Heyətinin sədr müavini Dilara Babayeva, İdarə Heyətinin üzvləri Lalə Cəfərova və Rüstəm Məmmədovdur.
Qeyd edək ki, əvvəllər İdarə Heyətinin sədri olmuş Mürsəl Rüstəmov öz xahişi ilə vəzifəsindən ayrılıb.
“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























