"Səhhəti normaldır və hazırda Bakıda işlərilə məşğuldur"
Fevralın 8-də “ölüm” xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda işlərilə məşğuldur.
Yaxın çevrəsində olan mənbənin verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesilə məşğul olmaq icazəsi verilib. Bu səbəbdən də o, hazırda əsas diqqətini “Synergy Group” MMC şirkətlər qrupuna yönəldib.
Məlum olduğu kimi, “Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir postundaykən rəsmi olmasa da, de-fakto ona məxsus olub.
Mənbə eyni zamanda qeyd edib ki, sabiq nazir səhhətini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq, özünə məxsus Gəncə Beynəlxalq Hospitalında olur. Lazımi müayinələrdən keçdikdən sonra yenidən Bakıya qayıdır.
Qeyd edək ki, 2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir.
"Synergy Group" MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.
“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir.
2018-ci ilin əvvəllərində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.
Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.
Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib. Ötən ilin noyabrında isə Azərbaycana qayıdaraq Gəncə Beynəlxalq Hospitalında müalicəsini davam etdirmişdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























