Yaşıl Dəhliz kimlər üçündür?
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 21 dekabr tarixli, 427 saylı Fərmanına əsasən “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib.
Ümumilikdə gəlin nəzər salaq "Yaşıl Dəhliz" nədir?
Yaşıl Dəhliz – şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipidir.
Yaşıl Dəhliz kimlər üçündür?
Aşağıdakı meyarlara cavab verən vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu” əldə edə bilər:
-vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən;
-vergiləri tam həcmdə və vaxtında ödəyən;
-muzdlu işçilərininin sayını və əmək haqlarını düzgün bəyan edən;
-mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan;
-gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən;
-saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməyən (əmtəəsiz əməliyyatlar aparmayan);
-son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan (bəraətverici əsaslarla icraatına xitam verilmiş cinayət işləri istisna olmaqla)
Yaşıl Dəhlizə qoşulmağın qaydaları?
Yaşıl Dəhlizə həm Vergilər Nazirliyinin, həm də vergi ödəyicisinin təşəbbüsü ilə qoşulmaq mümkündür. Vergilər Nazirliyi mütamadi olaraq qeyd olunan meyarlara cavab verən vergi ödəyicilərini müəyyən edir və onlara “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” unikal koda malik bildiriş verir.
Vergi ödəyicisi Partnyor vergi ödəyici statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanlarının müvafiq struktur vahidi tərəfindən araşdırılır, vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gəldiyi halda ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir, uyğun gəlmədiyi halda isə onun fəaliyyətinin göstərilən meyarlara tam və ya qismən uyğun olmaması barədə məlumat verilir.
Yaşıl Dəhliz bizə nə verəcək?
Ölkədə qeyri-neft sektorunun, aqrar sahəsinin inkişafı istiqamətində davamlı görülən işlər, bütün sahələrdə istehsalın dayanıqlı artımı təmin olunacaq. “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı imzalanan son Fərman kənd təsərrüfatı məhsullarının ixracı sahəsində atılan ən mühüm addımlardan biridir. Bu ölkədə həyata keçirilən islahatların növbəti mərhələsidir.
Ən əsas idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bəyannamələrin mallar gəlmədən öncə elektron qaydada ötürülməsi, əlavə vaxt itkisinin və məsrəflərin qarşısını alacaq.
2025-ci ildən sonrakı dövr üçün xarici ticarətdə Kiçik və Orta Biznesin payının 40%-ə çatdırılması nəzərdə tutulur. Bu baxımdan xarici ticarət iştirakçılarının fəaliyyətinin gömrük tənzimlənməsində “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinin xüsusi rolu var və olacaq.“Yaşıl Dəhliz” mexanizminin tətbiqi buraxılış zamanı gömrük nəzarəti tədbirlərinin optimallaşdırılması, gömrük rəsmiləşdirilməsinin daha çevik aparlamasına şərait yaradacaq.
O cümlədən, yeni qaydalar xarici ticarətin iştirakçılarına, o cümlədən fermerlərə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verir.
Kənd təsərrüfatı məhsullarının gömrük keçid məntəqələrindən sürətli keçidini təmin edir. “Yaşıl Dəhliz” kənd təsərrüfatı məhsulları xarici bazarlara daha keyfiyyətli və tez çatdırılmış olur. Yeni qaydalar xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini də artıracaq. Sürətli keçid imkanlarının verilməsi nəticəsində ticarət asanlaşacaq, xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək.
© Səbuhi İsazadə
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 d. əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
-
23 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
24 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 27 d. əvvəl
-
41 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
Ən çox oxunanlar
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi



























