Bir fincan qəhvə ilə həyatı dəyişən azərbaycanlı neftçi...
Ömrü boyu çay içmiş azərbaycanlı neft mühəndisi Cavid ilk dəfə qəhvəni Rusiyada dadıb və bu, onun həyatını dəyişib. Neft sahəsində işləmək üçün Əbu-Dabiyə köçən Cavid şəhərin hazırda ən məşhur kafelərindən sayılan “42 Coffee Roasters” “qəhvə evi”ni açıb.
Cavid haqqında “Abu Dhabi World” nəşrində geniş məqalə dərc olunub.
Azərbaycanlı mühəndis Birləşmiş Ərəb Əmirliyindəki uğur hekayəsini nəşrə danışıb.
“Əslim azərbaycanlıdır. Gənc olanda yalnız satışda olan qəhvənin dadına baxmışdım. Heç xoşum gəlməmişdi. Dadı acı idi. Düşünmürdüm ki, qəhvə belə dadlı ola bilər. Sözün düzü, əvvəllər həmişə çaya üstünlük vermişəm.
Günlərin bir günü, təxminən yeddi il əvvəl Moskvaya gedəsi oldum. Hava çox soyuq idi, isinmək üçün kafeyə daxil olub, bir fincan çay istədim. Ancaq onlar çay vermirdilər. Yanımdakı müştərinin başqa bir şey içdiyini gördüm. Qəhvəyə bənzəmirdi. Sonradan öyrəndim ki, bu V60 üslubunda hazırlanan qəhvədir. Birincini içib qurtarmamış ikincini sifariş verdim”, - deyə Cavid bildirib.
Onun sözlərinə görə, həmin təəssüratdan sonra ABŞ-dan balaca qəhvəüyüdən cihaz alıb və qəhvəsini özü hazırlamağa başlayıb. Cihazı özü ilə iş yerinə (neft platformasına) apararaq, asudə vaxtlarında qəvhə dənələrinin qızardılması ilə bağlı “sınaqlar” keçirib.
“Əvvəl heç nə alınmırdı, səylərim arzuolunan nəticəni vermirdi, ancaq bir gün məndə alındı. Tezliklə hazırladığım qəhvəm faktiki olaraq ətrafımda olan bütün insanların xoşuna gəlməyə başladı. Hər dəfə ən yaxşı qəhvəni hazırlayıb, özüm üçün yeni bir şey kəşf edirəm”, - deyə Cavid söyləyib.
Bir müddətdən sonra Əbu-Dabidə hazırda ölkənin ən populyar kafelərindən sayılan “42 Coffee Roasters” qəhvəxanasını açıb.
“Mən kafemdə insanların yeni dadları sınaqdan keçirməsini istəyirəm. Müştərilərə qəhvəni özüm gətirib, onlardan dadının necə olduğunu soruşuram. Burada əsas olan pul yox, dostluqdur. Müştərilər, eyni zamanda, kiçik biznesin inkişafına yardım olurlar”, - deyə Cavid vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







