"Şirkətimi qardaşıma dövr etmişəm, ona hər gün məsləhətlər verirəm"
“1995-ci ildə dövlət işindən çıxdım. O vaxt neft müqavilələri bağlananda düşündük ki, neftin ən qorxduğu şey yanğındır. Azərbaycanda da yanğınsöndürən avadanlıqlar yox idi. İlk istehsalımız yanğınsöndürən avadanlıqları oldu.
Türkiyədən özümüzə həmkar tapdıq. Onlar bizə borc kimi bir maşın yanğınsöndürən avadanlıq göndərdilər. Biz də onları satdıq, bundan sonra türklərin etimadını qazandıq. Mən onlara sübut edə bildim ki, burada da müəssisə yaratmaq olar. Beləliklə, Türkiyə-Azərbaycan müştərək müəssisəsi yaratdıq.
Axırda bu gün “Kaspi Yıldız” adlı şirkəti ərsəyə gətirdik. Təsisçisi mən olmuşam. Bu gün o zavodda 120 insan çalışır. 2010-cu ildə deputat seçildikdən sonra zavodu bütövlükdə qardaşıma dövr etdim”.
“Marja” xəbər verir ki, bunu müsahibəsində Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.
O müsahibsəində deyib:
2004-cü ildə cənab Prezident tərəfindən regionların inkişaf proqramı hazırlandı. Regionların inkişafı ilə bağlı ilk dəfə olaraq 5 nəfərə “Tərəqqi” medalı verildi. Onlardan biri də mən idim.
2002-ci ildə Prezident yanında Sahibkarlar Şurası yaradılmışdı, onun 25 üzvündən biri də mən olmuşam. Regionların inkişaf proqramlarına görə, qarşımıza tələb qoyulmuşdu ki, bölgələrdə iş yerləri açaq.
O zaman Lənkəran-Lerik yolunun çəkilməsi üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Qum, çınqıl İmişlidən, Siyəzəndən daşınırdı. Biz ilk sərmayəmizi bu sahəyə qoyduq. 40-a yaxın iş yeri oldu. Sonra kərpic sexi yaratdıq. Gördük ki, Lənkəran-Lerik yolunun üstündə normal səviyyəli yeməkxana, kafe yoxdur.
Cənab Prezident mənə “Tərəqqi” medalı verdikdən sonra, rayonla ilgilənməyə başladıq. İşıq, qaz, su problemləri həll olunurdu. Azərbaycanın ən gözəl yerlərindən biri olan Lerikə sərmayə qoyduq, “Relax” istirahət mərkəzini tikməklə turist cəlb etdik.
- Səmimi danışaq, bu gün necə, biznesiniz varmı?
- Bunu inkar etsəm, düz olmaz. Mən bayaq dediyim şirkətin təsisçisiyəm. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Bu gün də təsisçi kimi qalıram. Amma onun işlətməsi ilə məşğul olmuram.
- Qanunvericiliyə görə, deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz. İndi dediyinizdən belə nəticə çıxarmaq olarmı ki, İqbal Məmmədov biznesindən imtina etməyib?
- Bizneslə məşğul deyiləm. 2010-cu ildə işlətməciliyi başqasına dövr etmişəm. Amma inkar etmirəm ki, mənim bu gün də həmin şirkətdə məsləhətlərim var. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Dünyagörüşüm iqtisadiyyata əsaslanır. Qardaşıma hər gün məsləhətlər verirəm.
Çox sevinirəm ki, o da iqtisadçı olduğu üçün yaxşı işləyir. Ona tövsiyəm bu olub ki, istehsalatla məşğul olsun! Deputat olduğuma görə isə bütün əmlakımdan keçəsi deyiləm. O şirkətdən illik mənfəət çıxarılırsa, ondan gəlir mənə çata bilər. Bundan kim imtina edə bilər ki?!
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
16 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
33 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 50 d. əvvəl
-
56 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























