Azərbaycandan kapitalın çıxarılması artıb
“Marja” 2018-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, ötən il Azərbaycandan kapitalın çıxarılması (repatriasiyası) 3 milyard 156.2 milyon dollar təşkil edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2017-ci ildə Azərbaycandan 2 milyard 820,5 milyon dollar kapital çıxarılmışdı. 2017-ci illə müqayisədə 2018-ci ildə çıxarılan kapital 335,7 milyon dollar və ya təxminən 12% artıb.
"Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.1 mlrd.dollar olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neftqaz sektorunun xüsusi çəkisi 76.5% təşkil etmişdir. 2018-ci ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (952.9 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (4 mlrd. 109.1 mln.dollar) kapitalın repatriasiyası (3 mlrd.156.2 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967.1 mln.dollar olmuşdur",- Mərkəzi Bankın 2018-ci il üzrə Azərbaycanın Tədiyyə balansı məlumatında deyilir.
“Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.7 mlrd.dollar olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86% təşkil etmişdir. 2017-ci ilin yanvar-dekabr aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (2 mlrd.80.3 mln.dollar) artımı cəlb olunmuş investisiya ilə (4 mlrd. 900.8 mln.dollar) kapitalın repatriasiyası (2 mlrd.820.5 mln.dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 813.1 mln. dollar olmuşdur”, - Mərkəzi Bankın 2017-ci il ezrə Azərbaycanın Tədiyyə balansı məlumatında deyilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























