4 Brexit ssenarisi də rədd edildi
Böyük Britaniya Parlamenti, Brexit prosesinin gələcəyinə dair dörd fərqli ssenarini də qəbul etməyib.
"Marja" xəbər veri ki, bütün variantlar rədd edilib.
İcmalar Palatasında dünən axşam səsverməyə çıxarılmış variantlar:
-İngiltərənin Gömrük İttifaqı üzvlüyünün davam etməsi: 273 bəli, 276 xeyr
-Böyük Britaniyanın Gömrük İttifaqı, Vahid Bazar və Avropa Sərbəst Ticarət Sahəsi üzvlüyünün davam etməsi: 261 bəli, 282 xeyr
-Brexit müqaviləsinin referendumla xalqın təsdiqinə təqdim edilməsi: 280 bəli, 292 xeyr
- Brexit müqaviləsi olmaması vəziyyətində 50-ci maddənin tətbiqinin tək tərəfli dayandırılması və Brexit-in ləğv edilməsi: 191 bəli, 292 xeyr.
Böyük Britaniya hökuməti öz Brexit siyasəti və referendum nəticəsinə zidd olacaq ssenariləri tətbiq etmək niyyətində olmadığını açıqlamışdı.
İcmalar Palatasında ötən həftə də 8 ssenari səsverməyə çıxarılmış, ancaq heç bir qəbul edilməmişdi.
Digər tərəfdən deputatlar Brexit variantlarını müzakirə edərkən, parlamentin xalqdan izləyicilərə ayrılan hissəsində yer alan 12 ekoloq etirazçı soyunaraq poza verib. Polis, etirazçıları "əxlaqa zidd davranış" səbəbilə həbs edib.
İcmalar Palatasının cümə günü Brexit müqaviləsini üçüncü dəfə rədd etməsinin ardından, Avropa Birliyi ilə əldə olunan razılığa görə Brexit 12 Aprelə təxirə salınmışdır.
Normal təqvimə görə Böyük Britaniyanın keçən həftə cümə günü Avroapa Birliyindən rəsmən çıxmalı idi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Böyük Britaniya hökumətinin Avropa Birliyi (AB) ilə razılaşdırdığı Brexit müqaviləsini parlamentdən keçirməməsi halında 10 Apreldə keçiriləcək AB liderlər zirvəsində, Brexit tarixinin bir daha və daha uzun müddətli təxirə salınması gözlənilir. Əks təqdirdə İngiltərə 12 Apreldə AB-dən müqaviləsiz ayrılmış olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























