Rafiq Əliyevin adı 1,6 milyon dollarlıq dələduzluqda hallandı
Bakıda “İrşad” otelini tanımayan yoxdur. Şəhərin mərkəzindəki bu xudmani mehmanxana xüsusilə ərəb ölkələrindən gəlmiş turistlərin sevimli məkanıdır. Ola bilsin ki, burada həmin otelin sahibinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin olması da öz sözünü deyir. Əvvəllər söz-söhbət gəzirdi ki, otel bu sahənin ölkədə inkişafı üçün nəzərdə tutulmuş pullara tikilib. Lakin bu əhvalatın təfərrüatları ictimaiyyətə məlum deyildi. Bu barədə Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu danışıb.
İsa da ilahiyyatçı alimdir və 1996-cı ildə namizədlik disertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt tərəflər Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Yeni layihədə paylar haqqında danışılıb və bu işdən gəlir götürmək də nəzərdə tutulub. Tərəflərin öhdəlikləri 14 iyun 1997-ci ildə imzalanmış müqavilədə öz əksini tapıb.
İşin bitdiyini hesab edən İsa vətəninə yollanıb və əmin olub ki, POWELLINDASTRIES Gmbh şirkətinin timsalında Azərbaycan tərəfi obyekti müqaviləyə uyğun tikib istifadəyə verəcək. Ərəb tərəfi yalnız vaxtlı-vaxtında maliyyə dəstəyi göstərməli idi. Şirkətə rəsmi olaraq Rafiq Əliyevin qızı başçılıq etsə də, bütün məsələləri Dövlət Komitəsinin keçmiş sədri özü həll edirdi.
Dubaylı iş adamının 1,6 milyon dollarlıq obyektin yerində yataqxana əvəzinə otelin tikildiyini bilib-bilməməsini söyləmək çətindir. Lakin müqavilədə “İrşad” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilir. Əslində isə elə ilk günlərindən o, otel kimi fəaliyyət göstərməyə başlayıb.
Düzdür, iki il ərzində ərəb iş adamı mütəmadi olaraq gəlirdən öz payını alıb. Bu müddət ərzində onun hesabına 190 min dollar köçürülüb. Lakin 2002-ci iıdən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.
İsa Məhəmməd Salih Bakıya gələrək məsələləri burada həll etmək istəyib, lakin onu başa salıblar ki, bu cür yüksək vəzifəli adamla münaqişəyə girməyə dəyməz.
Sonradan iş adamının oğlu Rafiq Əliyevlə görüşmək fikrinə düşüb. Lakin Əliyev qonağın dalınca maşın göndərəcəyinə söz versə də, sonradan zənglərə cavab verməyib. Bir qədər sonra DİN-ə verilmiş ərizənin nəticəsi olaraq iş adamını oğlu ilə birlikdə qəbul etmiş müstəntiq Fikrət Məmmədov da telefon zənglərinə cavab verməyib. İlk zəngdən sonra şikayətçiyə bildirilib ki, Rafiq müəllimlə danışıblar və tezliklə bütün anlaşılmazlıqlar həll ediləcək. Lakin sonradan əlaqə kəsilib.
Redaksiyamızdan olunan zəngə cavab olaraq Fikrət müəllim deyib ki, işdə cinayət tərkibi olmadığı üçün o, konsulluğa göndərilib və mülki iş kimi məhkəməyə müraciət edilməlidir.
"Booking" otelin xidmətlərini təklif edir, islam mərkəzi barədə heç bir məlumat verilmir
Lakin Fikrət müəllim bir məsələni dəqiqləşdirməyib ki, maliyyə mübahisələri müəyyən vaxt keçdikdən sonra əhəmiyyətlərini itirirlər. Başqa sözlə, 20 ildən sonra dubaylının məhkəməyə müraciət etməsinin mənası yoxdur. Lakin işin təfərrüatları ilə tanış olduqda orada cinayət tərkibi tapmaq elə də çətin iş kimi görünmür. Təcrübəli müstəntiqlə bu barədə mübahisə etmək istəməzdik, amma bu iş bir çox halları ilə vəzifəli şəxs tərəfindən xarici investora qarşı dələduzluğa bənzəyir. Bu yerdə Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatları ilə bağlı bu günlərdə imzaladığı fərmanı da yada salmaq yerinə düşərdi.
Düzdür, biz özümüz də inanmaq istəmirik ki, Rafiq Əliyev kimi hörmətli alim adicə dələduz imiş. Lakin hər bir iş ətraflı öyrənilməli və ictimaiyyətə bununla bağlı dəqiq məlumat verilməlidir. Əks halda, bu cür hadisələr həm Dövlət Komitəsinin keçmiş sədrinin, həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır...
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Virtualaz
"İrşad" otelinin açılışı
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 7 saat əvvəl
-
-
9 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
10 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
11 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
12 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib























