"Şişirdilmiş faiz borcları silindikdən sonra kompensasiya ödənişi həyata keçirilsin" - TƏKLİFLƏR
Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdən sonra bir sıra məsələlərin yenidən nəzərə alınması vacibdir.
Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib.
V.Bayramov həlli vacib məsələləri aşağıdakı kimi ümumiləşdirib:
1. Kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizminin təkmilləşdirilməlidir.
Qaydalara əsasən, kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir. Qaydalara görə, “kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zamin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ vardır”. Son illər ödənişlərin həmçinin ödəniş terminalları vasitəsi ilə də aparıldığını nəzərə alsaq kompensasiyanın ünvanlığı xeyili mürəkkəbləşir. Amma mövcud ödəniş mexanizmi zaminin həmin vəsaiti almasına çətinlik yarada bilər. Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarına ehtiyac var. Deməli, borcu qaytarmış zamin kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməlidir və bundan sonra məhkəmə onun xeyirinə qərar qəbul edərsə ona vəsait ödənilə bilər. Kompensasiyalar bu ayının sonundan başlayaraq ödəniləcək və zamin məhkəməyə müraciət etdiyi halda qərarın alınması bir aydan çox zaman alacaq. Nəticədə, zamin məhkəmə qərarını alanadək kompensasiya krediti götürən, amma borcu qaytarmaqdan imtina edən şəxsin hesabına köçürülə bilər. Bu isə o deməkdir ki, məhkəmə qərarı olsa da belə vəsait qərardan öncə ödəniləcək və nəticədə zamin pul ala bilməyəcək. Amma kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq. Məsələn, bir vətəndaşın 8 min dollar kredit borcu olub və onu ödəməkdən imtina etdiyi üçün krediti zamin qaytarmalı olub. Hazırda həmin borca 4 min manat kompensasiya hesablanıb. Kredit onu qaytaranın deyil götürüb xərcləyənin adına olduğu üçün onun hesabına kompensasiya ödəniləcək. Bununla da, zamin məhkəmə qərarı alanadək artıq krediti qaytarmayan şəxs kompensasiyanı almış olacaq və bununla da öhdəliyi yerinə yetirən şəxs vəsaitdən mərhum olacaq. Nə təklif edirik? Kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilsin və məhkəməyə müraciət edilən kredit borcları üzrə kompensasiya qərardan sonra həyata keçirilsin. Məsələn, zamin kompensasiya almaq üçün məhkəməyə müraciət edir və bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatası ilə elektron bölüşdürülür. Bundan sonra palata həmin kreditlər üzrə kompensasiya ödənişinin yalnız məhkəmə qərarından sonra fərdi qaydada həyata keçirilməsini təmin edir. Yalnız bu halda kompensasiya krediti ödəmiş zaminə çata bilər. Əks halda zaminin həmin vəsaiti almaq imkanları xeyili çətin olacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
2. Şişirdilmiş faiz borcları silindikdən sonra kompensasiya ödənişi həyata keçirilsin.
Bəzi banklar kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faizlər yazıblar. Apardığımız tədqiqatlar göstərir ki, bir sıra hallarda vətəndaş borcunu bağlayıb amma bank onun adına faiz və cərimə hesablamaqda davam edib. Nəticədə həmin şəxsin hesabında böyük məbləğdə faiz toplanıb. Məsələn, bank vətəndaşın adına 4 min manat əsassız faiz borcu yazıb və həmin şəxsə çatan kompensasiya 3500 manatdır. Bu halda o şəxsə çatacaq kompensasiya bankın qanunsuz hesabladığı faiz və cərimələrin ödənilməsinə yönəldilir və vətəndaş kompensasiya mərhum olur. Nə təklif edirik? Məbləğindən asılı olmayaraq, yüksək faiz borcları olan kreditlərin fərdi qaydada qiymətləndirilməsi həyata keçirilsin. Əgər kredit xətti üzrə 500 manat əsas məbləğ 3500 manat şişirdilmiş faiz ödənişləri varsa o zaman artıq hesablanmış faizlər silindikdən sonra qalıq borc kompensasiya ilə müqayisə olunsun. Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin.
3. Bir sıra banklarda şəffaflığın gücləndirilməsi üçün yeni qaydalar tətbiq olunsu.
Təhlillər bəzi banklarda idarəetmənin şəffaf olmadığını üzə çıxarır. Məsələn, şəxsiyyət vəsiqəsinin nömrəsi olan sənəddəki ad ilə kredit götürənin adı uyğun gəlmir və s. Bu da nəticədə bir sıra kredit məbləğlərinin hesablanmasında çətinliklər yaradır və kompensasiya məbləğinin müəyyənləşdirilməsi çətinləşdirir. Nə təklif edirik? Palata tərəfindən banklarda kooperativ idarəetmənin formalaşması və şəffaflığın gücləndirilməsi məqsədi ilə ayrıca qaydalar hazırlanıb təsdiq edilsin. Bu qaydaların icrasına nəzarət gücləndirilsin.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
4 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 19 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
1 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
-
2 saat əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
2 saat əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN






.jpg)
.jpg)







.jpg)






