"Neft qiymətləri 2020-dən sürətlə qalxacaq"
Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru Fatih Birol, xam neft qiymətlərinin 2020-ci ildən sərt bir şəkildə artmasının gözləndiyini söyləyib.
"Marja" xəbər verir ki, Birol, "IHS CERAWeek 2017" enerji konfransında etdiyi çıxışında, aşağı qiymətlər səbəbindən neft sənayesində investisiyaların əhəmiyyətli dərəcədə azaldığına diqqəti çəkərək, "Əgər əhəmiyyətli sayda neft layihələri həyata keçirilməzsə, neft qiymətlərinin 2020-dən başlayaraq sərt bir şəkildə qalxması riski ilə üz-üzəyik"- deyib.
Keçən il neft sənayesində təxminən 450 milyard dollar investisiya qoyulduğunu və bunun bir əvvəlki ilə müqayisədə 25 faiz az olduğunu qeyd edən Birol, dünya miqyasında artan neft tələbatının ödənməsi üçün hər il investisiyaların ən azı 20 faiz artım qeyd etməsi lazım olduğunu vurğulayıb.
Birol, 2014-cü ilin İyun ayından düşməyə başlayan neft qiymətləri səbəbindən son iki ildir sektorda investisiyaların çox azaldığına toxunub.
IEA üçün ən narahetdici vəziyyətin neft istehsalında qoyulan investisiyalardakı azalma olduğunu bildirən Birol, belə davam edib:
"Neft istehsal edən ölkələrin investisiya qoyuluşlarında artım görməyimiz lazımdır. Dünyada neft ehtiyatları azalır. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) istehsalını məhdudlaşdırmaq planı ehtiyatların sonrakı illərdə daha da azalmasına səbəb olacaq, bazar 2020-dən etibarən "daralacaq" və neft istehsal edən ölkələrin hasilat gücləri tarixi aşağı səviyyələrə geriləyəcək".
"ABŞ-da ikinci neft dalğası gəlir"
Birol, neft qiymətlərindəki dəyişikliyə ən sürətli adaptasiya olan ölkənin ABŞ olduğunu bildirərək, artan neft qiymətləri səbəbilə ölkənin neft hasilatında artım görülməsinin nəzərdə tutulduğunu söyləyib.
Birol, "ABŞ-ın şist neft istehsalında ikinci bir artım dalğasının baş verməsini ehtimal edirik" - ifadəsini istifadə edib.
Brent növü xam neftin barrel qiymətinin 58 dollar olması vəziyyətində, ABŞ-ın neft hasilatının 2022-ci ilə qədər gündəlik orta hesabla 1,6 milyon barel artım göstərəcəyinin təxmin edildiyini bildirən Birol, Brent növü neftin barrel qiymətinin 80 dollara çıxması vəziyyətində də sözügedən artımın gündəlik orta hesabla 3 milyon barrelə çıxmasının nəzərdə tutulduğunu bildirib.
Birol, ABŞ-dan sonra Braziliya və Kanadanın neft istehsalatlarında də əhəmiyyətli dərəcədə artım gözləndiyini qeyd edərək, qlobal neft tələbdəki artım haqqında da fikirlər söyləyib.
Hindistan və Çinin neft tələbində artımın gələcək illərdə davam etməsinin gözləndiyini qeyd edən Birol, qlobal neft tələbindəki artımın təxminən yarısının bu iki ölkədən gəlməsinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
9 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 10 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)






.jpg)



.jpg)








