Qlobal neft hasilatı Martda azalıb
Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı gündəlik 550 min barrel azalaraq 30 milyon 130 min barel olub.
Xam neft xaricindəki digər OPEC hasilatı isə sutkada 5 milyon 570 min barel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı gündəlik 35 milyon 700 min barel təşkil edib.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Martda OPEC daxilində gündəlik ən çox istehsal artımı Liviyada olub. Liviyada gündəlik hasilat 200 min barel artımla 1 milyon 100 min barrelə qalxıb.
"Marja" xəbər verir ki, hesabata görə, ötən ay OPEC daxilində istehsalın ən çox azalması Səudiyyə Ərəbistanı və Venesuelada baş verib. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 320 min barrel azalaraq 9 milyon 820 min barelə, Venesuelanın gündəlik hasilatı də 970 min barel azalaraq 870 min barrelə enib.
OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı isə 210 min barel artımla gündəlik 63 milyon 500 min barel olub.
Beləliklə, qlobal neft hasilatı martda fevral ayı ilə müqayisədə gündəlik 340 min barrel azalaraq 99 milyon 200 min barrelə enib.
2019-DA TƏLABAT ARTACAQ
Hesabata görə, qlobal neft tələbinin bu il gündəlik orta hesabla 1 milyon 400 min barel artımla 100 milyon 600 min barrelə yüksələcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
9 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 11 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
























