Hesab.az hər zaman qazanan olmağı vəd edir!
(®) Hesab.az getdikcə artan istifadəçi sayı ilə hədəflədiyi bazar üstünlüyünə hər zaman olduğu kimi səylə çalışaraq nail olmuşdur. Hazırda davamlı olaraq həyata keçirdiyi kampaniyalar ilə istifadəçilərinə Hesab.az -ı seçdikləri üçün hər zaman qazanan olmağı vəd edir. Bu ay ərzində də bol hədiyyəli və maraqlı kampaniyalar istifadəçiləri gözləyir.
Belə ki, qeydiyyatlı olaraq 12-14 Aprel tarixlərində kommunal və mobil ödənişlərini toplam 100 AZN və yuxarı məbləğində edən istifadəçilər Hesab.az-dan Yaddaş kartı + USB kabel qazanır.
Yeni kampaniyaya əsasən 15 Aprel-15 May tarixlərində Visa kart ilə qeydiyyatlı olaraq Hesab.az ödənişlərini toplam 250 AZN və üzəri məbləğində həyata keçirən istifadəçilər (Bank, sığorta və bilet ödənişi istisna), Hesab.az-dan avtomobilin üçün FM modulyator qazanacaqlar.
Eyni zamanda social media kanallarında həyata keçirdikləri müsabiqələr ilə də istifadəçilərinə hədiyyə qazandırmağa davam edir. 14 Aprel Hesab.az –ın 8-ci ad gününə özəl Hesab.az- ın sosial kanallarında təşkil olunmuş müsabiqədə qalib gələn istifadəçilər mobil telefon, yaddaş kartı, kino biletləri və s. kimi bir çox dəyərli hədiyyə sahibi oldular.
8 il ərzində Hesab.az olaraq əldə etdikləri naliyyətlər həm mövcud olduqları bazarda rəqiblərindən seçilməyə həm də, 430 mindən çox istifadəçinin rəğbətini qazanmağa səbəb oldu. İşlərində peşəkar olan Hesab.az kollektivi hər zaman ən böyük qazancın istifadəçi məmnuniyyəti, xidmət keyfiyyəti olduğunun fərqinə varır və gələcək fəaliyyətlərini də bu məqsəd üzərində qururlar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Süni intellekt avtomobil alışı və servis təcrübəsini Azərbaycanda necə dəyişəcək?
-
2 saat əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
3 saat əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
-
3 saat əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Ən çox oxunanlar
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb

















