Azərbaycan indiyədək dünya bazarına nə qədər neft çıxarıb?
İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481 mln.ton neft hasil edilib ki, onun da 279 mln.tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib: "Gələcəkdə Azərbaycanın payına düşən mənfəət neftinin payı daha da artacaq".
O, həmçinin qeyd edib ki, bu il aprelin 1-dək dünya bazarlarına 506 mln.ton neft çıxarılıb ki,onun da 383 mln.tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib.
İndiyədək AÇG-dən 481 mln.tondan çox neft hasil edilib
İşlənmənin əvvəlindən (1997-ci il) bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 481,1 mln. ton neft və 156,2 mlrd. kubmetr qaz hasil olunub.
Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə,bu ilin I rübündə Azərbaycanda 9,7 mln.ton neft hasil edilib ki, onun da 6,9 mln.tonu AÇG-nin payına düşüb. "Hesabat dövründə AÇG-dən 3,2 mlrd. kubmetr qaz hasil olunub. Bu blokdan əlavə 500 mln.ton neft hasilatı proqnozlaşdılır".
Xatırladaq ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.
Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 000 barel olub.
"Şahdəniz" yatağından indiyədək 70 mlrd. kubmetrə yaxın qaz ixrac edilib
Pərviz Şahbazov qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz"qaz kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd.kubmetr qaz, 25,1 mln.ton kondensat hasil edilib.
Onun sözlərinə görə, indiyədək bu yataqdan 69,7 mlrd.kubmetr qaz ixrac edilib.
"Bu ilin yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% çox, yəni 9,1 mlrd.kubmetr qaz hasil edilib.Hasil edilən qazın 4,3 mlrd.kubmetri,kondensatın isə 1 mln.tonu "Şahdəniz" yatağının payına düşür.
Ümumilikdə, 3,2 mlrd.kubmetr qaz ixrac edilib. İxrac edilən qazın həcmi ötən ilin müvafiq dövründən 26,6% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 30,9% çox,yəni 2,2 mlrd.kubmetr qaz ixrac edilib.Aprelin 1-dək Türkiyəyə TANAP-la 1,5 mlrd.kubmetr qaz ixrac edilib".
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib





















