3 ayda 59 milyon telefon satıb
Huawei-nin satışları 39% artıb. Şirkət ilk rübdə 59 milyon ədəd telefon satıb.
Çin telekommunikasiya şirkəti Huawei, 2019-cu ilin birinci rübündə gəlirlərinin 39 faiz artımla 179.7 milyard yuana, yəni təxminən 26.81 milyard dollara yüksəldiyini açıqlayıb. Şirkət bu dövrdə 59 milyon ədəd ağıllı telefon satıb.
"Marja" xəbər verir ki, dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısı olan Huawei, xalis mənfəət marjasının ötən ilin eyni dövrünə nisbətən bir qədər yüksək - 8 faiz ətrafında olduğunu bildirib, ancaq xalis mənfəətini açıqlamayıb.
Donlad Tramp hökuməti, Huawei avadanlıqlarının casusluq üçün istifadə edildiyini iddia edərək, müttəfiqlərini Huawei-nin yeni nəsil 5G mobil şəbəkə avadanlıqlarını qurmamağa çağırıb. Sözügedən satış artımı təzyiqin artırdığı belə bir şəraitə təsadüf edir.
Huawei isə ABŞ-ın iddialarını rədd edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Eyni zamanda, dünyanın 3 nömrəli ağıllı telefon istehsalçısı olan Huawei, ötən həftə ABŞ təzyiqinə baxmayaraq 5G telekommunikasiya avadanlığı təmin etmək üçün imzaladığı müqavilə sayının daha da artdığını açıqlayıb.
Huawei, Mart ayının sonuna qədər 40 kommersiya 5G sazişi imzaladığını, 70 mindən çox 5G baza stansiyasını dünya bazarlarına göndərdiyini və May ayına qədər 100 min göndərməyi gözlədiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
10 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 12 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















