3 il sonra neft böhranı yaşana bilər
Neft qiymətlərinin aşağı düşməsi sektora qoyulan investisiyaların da azalmasına səbəb olub. "Marja" xəbər verir ki, ekspertlər investisiyaların artmaması halında 3 il sonra mövcud hasilatın sürətlə artacaq tələbatı ödəməyəcəyini bildirirlər.
Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatına investisiyaların son 2 ildə kəskin azaldığını, mövcud şərtlərdə neft hasilatında istifadə edilməyən isehsal gücünün 14 ilin ən aşağı səviyyəsinə düşdüyünü, buna görə 2020-ci ildən sonra mövcud hasilat gücünün tələbatı ödəməkdə çətinlik çəkəcəyini və qiymətlərin kəskin şəkildə qalxacağını açıqlayıb.
IEA, gələcək 5 illik dövr üçün bazarı təhlil etdiyi "Neft 2017" başlıqlı hesabatda, 2015 və 2016-cı illərdə neft axtarışı və hasilatına sərmayələrin 800 milyard dollardan 450 milyard dollara enməsinin daşıdığı riskə işarə edilərək, yeni layihələrin işə salınmaması vəziyyətində dünyanın neft təklifi böhranı yaşaya biləcəyi xəbərdarlığı edilib.
QİYMƏT ARTIMI MÜHÜMDÜR
Neft qiymətlərinin 60 dollar/barrel səviyyələrə yaxın qalmağa davam etməsi halında 2022-ci ilə qədər qlobal neft hasilatının, böyük hissəsi ABŞ-ın şist nefti istehsalından olmaqla 1.4 milyon barrel artacağını təxmin edən IEA, qiymətlərin daha yüksək olması halında istehsalın daha güclü arta biləcəyini vurğulayıb.
IEA hesabatda, "Əgər qiymətlər 80 dollar/barelə yüksələrsə ABŞ istehsalı 5 ildə 3 milyon barel/gün artıra bilər. Qiymətlər 50 dollar/ barreldən aşağı düşərsə ABŞ-da hasilat azalacaq",- deyilir.
DÜNYANIN NEFT EHTİYATI 2.6 TRİLYON BARREL SƏVİYYƏSİNDƏDİR
Hazırda dünyada gündəlik olaraq istehlak edilən neft miqdarı cəmi 96 milyon barrel səviyyəsindədir.
Araşdırmalara görə, dünyada qalan cəmi neft həcminin isə 2,6 trilyon barrel olduğu bildirilir. Bu neftin böyük hissəsi okean və qütb regionlarında yerləşir. Çıxarma xərcləri də çox yüksəkdir. Xərclərin artması neft şirkətlərini yeni neft ehtiyatlarını kəşf etmək layihələrindən uzaqlaşdırır.
Gələcək 5 il ərzində tələbdə baş verəcək sürətli bir artım təklif tərəfindən ödənməyəcək.
2022-DƏ GÜNDƏLİK İSTEHSAL 98,75 MİLYON BAREL, İSTEHLAK İSƏ 103,6 MİLYON BARREL TƏŞKİL EDƏCƏK
2022-ci ilə qədər qlobal neft istehsalının 5.6 milyon barel/gün artaraq 98,75 barel/günə qalxacağını gözləyən IEA, OPEC-in istehsal gücünün 2022-yə qədər mövcud 35.9 milyon barel/gündən 37.85 milyon barel/günə yüksələcəyini təxmin edib.
2022-ci ilə qədər OPEC xaric hasilatın 3.3 milyon barel/gün artaraq 60.9 milyon barel/günə yüksələcəyini təxmin edən IEA, neft tələbinin isə 2019-ci ildə 100 milyon barel/ günə, 2022-ci ildə isə 103.6 milyon barel/ günə qalxacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
4 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)






.jpg)


.jpg)







