Rusiya 15,5 ton pomidoru Azərbaycana qaytardı
“Azərbaycan istehsalı olan 15,5 ton pomidor yükləri Rusiyanın Dağıstan vilayətinə idxalına icazə verilməyib”.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə qərarı Rusiyanın Dağıstan vilayətinin Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidməti verib.
Məlumata görə, federal xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkar edib.
“Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi”, - məlumatda bildirilir.
Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik 9% və 10% gəlir - "ABB İnvest" ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
“İran razılaşmasa, daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”
-
2 saat əvvəl
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
-
3 saat əvvəl
Bakı Fond Birjası (BFB) tərəfindən yenilənmiş Listinq Qaydaları qüvvəyə minib
-
3 saat əvvəl
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"Əgər bir şəxsin kartına gündə 50 dəfə pul daxil olursa, bu, şübhə oyatmalıdır. Şübhəli əməliyyatlar yoxlanılmalıdır"
Ən çox oxunanlar
"Highland Residence"də hazır binada təhvilinə az qalmış mənzillərin satışı başladı!
BOKT “KREDEX” QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı
Dövlət Vergi Xidməti: 4 ayda 6 milyard manatdan çox vergi yığmışıq












.jpg)












