Fed faiz qərarını açıqladı
Fed faiz dəyişdirmədi, bun məsələdə "səbrli" olacağını təkrarladı
ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Vaşinqtondakı iki gün davam etmiş iclası başa çatıb.
"Marja" xəbər verir ki, iclasda faizdə dəyişiklik edilməməsinə qərar verilib.
Federal maliyyələşdirmə nisbəti (Fed-in faizi və ya uçot dərəcəsi) 2.25 faiz - 2.50 faiz aralığında sabit saxlanılıb. İqtisadçılar da Fed-in faizi sabit saxlayacağını gözləyirdilər.
Fed, Mart toplantısında da faizi gözləndiyi kimi 2.25 faiz - 2.50 faiz aralığında sabit saxlamışdı. Fed bu il ərzində faiz artırmayacağını və balans azaltmağı Sentyabr ayında bitirəcəyini açıqlamışdı.
Fed, faizə dair gələcək qərarlar məsələsində "səbrli" olacağını təkrarlayıb.
Son toplantıdan bu yana açıqlanan məlumatlara görə, iqtisadi fəaliyyətin güclü bir şəkildə artdığını qeyd edən Fed, inflyasiyanın düşdüyünü və 2%-dən aşağı qalmaqda davam etdiyini vurğulayıb.
İstehlakçı xərclərindəki artımın və investisiyaların ilk rübdə səngidiyi qeyd edilib, məşğulluq artımının güclü və işsizliyin aşağı qaldığı vurğulanıb
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
ABŞ Prezidenti Donald Tramp Çərşənbə axşamı günü "Twitter" vasitəsilə, "Əgər faizləri bir miqdar salsaq, məsələn, bir bənd və bir az monetar təşviqə (istiqraz alışı) getsək iqtisadiyyat sürətlə yüksələr", - deyərək Fed-i faiz endirməyə dəvət etmişdi.
Donald Tramp,"Fed aşağı inflyasiyaya baxmayaraq faiz artırdı" açıqlamasını da etmişdi.
ABŞ Prezidenti, "Çin, öz iqtisadiyyatına böyük təşviqlər əlavə edərkən, eyni zamanda faiz nisbətlərini də aşağı saxlamaqda davam edir. Fed isə inflyasiya çox aşağı səviyyədə olmasına baxmayaraq faiz artırdı və şərtləri sərtləşdirməyə başladı" ifadəsini istifadə etmişdi.
Bazarlarda Fed-in növbəti qərarının faizin endirilməsi barədə olacağına dair proqnozlar səsəsləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)








