"Vətəndaş ödənişini almaq üçün 17-20 gün gözləyirsə, sığortaya inam olmaz"
Son vaxtlar sığorta bazarında sığorta məhsullarının elektron qaydada bağlanılması, sığorta haqlarının elektron qaydada toplanılması ilə bağlı bir çox müsbət addımlar atılmışdır və hal-hazırda da bu istiqamətdə müəyyən işlər davam etdirilməkdədir.
Əlbətdə ki, sığorta məhsullarının satışının elektronlaşdırılması müsbət yanaşmadır və bu bazarın inkişafına öz töhvəsini verəcəkdir. Lakin sığorta hadisələri zamanı zərərçəkən şəxslərər sığorta ödənişlərinin verilməsi ilə bağlı çevik bir sistemin və vahid yanaşmanın olmaması sığorta bazarının inkişafına, vətəndaşlarda sığortaya inamın formalaşdırılmasına çətinlik yaradır. Belə ki, elektron qaydada bağlanılan və bazarda populyar olan avtonəqliyyat vasitəlsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta (AVSMMİS) növü əsasən müvafiq səlahiyyətli orqan tərəfindən icbari qaydada sığortalanmayan avtomobillərə görə cərimələr tətbiq edilməsi baxımından ən çox satılan sığorta növüdür. Cərimə yazılmaması səbəbindən avtomobil sahiblərinin öz mülki məsuliyyətlərinin sığortasının əldə etmələri əhalinin sığortaya olan münasibiətini göstərir. Təbii ki, indiki vəziyyəti 5 il əvvəlki ilə müqayisə etmək olmaz, lakin vətəndaşların sığorta haqqında biliklərinin az olması və xüsusi ilə zərəçəkən şəxslərə sığorta ödənişinin verilməsi proseduru və müddəti sığortaya olan münasibətin müsbət yöndə dəyişməsini çətinləşdirir.
Gəlin zərəçəkən şəxslərə sığorta ödənişinin verilməsi proseduru və müddəti ilə bağlı cari vəziyyətə nəzər salaq. Məlmdur ki, AVSMMİS üzrə sığorta ödənişinin verilməsi üçün “İcbari Sığortalar haqqında” Qanunun 17-ci maddəsində göstərilən sənədlər sığortaçıya təqdim edilməlidir. Bu səndələrin içində ən önəmli və əldə edilməsi ən çətin olan sənəd sığorta hadisəsinin baş verməsini təsdiq edən arayışdır (tam adı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış). Nəyə görə çətindir? “İcbari Sığortalar haqqında” Qanununa əsasən bu arayış səlahiyyətli orqan tərəfindən sığortaçının müraciəti əsasında 10 gün müddətində təqdim edilməlidir. Sığortaçı bu arayışı və Qanunun 17-ci maddəsində göstərilən digər sənədlərdən sonuncusunu aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verilməsini təmin etməlidir. Təsəvvür edin ki, zərərçəkən şəxsiniz, avtomobiliniz zədələnib və onun təmir edilməsi və ya dəyən zərərin ödənilməsi ən yaxşı halda Sizə 17-20 gün ərzində ediləcək. İnformasiya mübadiləsinin saniyə ərzində həyata keçdiyi və sənədlərin elektronlaşdırıldığı bir vaxtda bir arayışın 10 gün ərzində əldə edilməsi nə dərəcədə məntiqlidir? Əgər vətəndaş sığorta ödənişini almaq üçün 17-20 gün gözləyirsə əhalidə sığorta bazarına inamı necə formalaşdırmaq mümkündür? Nəqliyyat vasitəsinə dəyən zərərin düzgün qiymətləndirilməsi isə ayrı bir mövzudu.
Fikrimcə sığorta bazarının inkişafı üçün ilk növbədə sığorta ödənişlərin qısa bir müddət ərzində həyata keçirilməsi, zərərçəkən şəxsə sığorta ödənişinin verilməsi ilə bağlı inzibati tədbirlər həyata keçirilməli və müvafiq texniki imkanlar yaradılmadır. Sığortaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışın səlaiyyətli orqana elektron qaydada göndərilməsi və maksimum 3 iş günü ərzində elektron qaydada qəbul edilməsi təşkil edilməlidir. Sığortaçı və səlahiyyətli orqan arasında informasiya mübadiləsinin təşkil edilməsi ilə bağlı elektron sistemin yaradılması mövcud prossesi sadələşdirməklə zərərçəkən şəxslərin maraqlarına xidmət edəcəkdir. Həmçinin sığortaçıların rəsmi saytlarında sığorta tələbinin və sığorta ödənişi üçün tələb olunan sənədlərin elektron qaydada qəbul edilməsi üçün texniki imkanların yaradılması da yaxşı olardı. Qeyd edək ki, icbari sığortanın prinsiplərindən biri də icbari sığorta növləri üzrə əməliyyatların aparılmasına dair vahid metodoloji yanaşmanın təmin edilməsidir. Sığorta hadisələrində zərərçəkən şəxslərə sığorta ödənişlərinin verilməsinin asanlaşdırılması, vahid yanaşmanın təmin edilməsi vətəndaşlarda sığortaya inamın formalaşdırlmasına gətirəckdir. Yalnız bundan sonra sığorta məhsulu məcburi olduğu üçün deyil, vətəndaşlar tərəfindən mahiyyəti başa düşülərək baş verə biləcək risklərdən sığortalamaq məqsədi ilə əldə ediləcəkdir. Bu öz növbəsində icbari sığorta bazarı ilə yanaşı könüllü sığorta bazarının da inkişaf etməsinə zəmin yaradacaqdır.
Marja.az üçün sığorta bazarı üzrə ekspert Nizami Kərimov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
5 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
5 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 6 saat əvvəl
-
6 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
6 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























