Bakıda möhtəşəm konsepsiyada AKABE-KÜTAHYA satış-sərgi salonu istifadəyə verildi
(®) 2000-ci ildən Azərbaycan inşaat sektoruna daxil olaraq uğurla addımlayan "Akabe" MMC-nin çeşid sayı və konsepsiyasına görə həqiqətən möhtəşəm sayıla biləcək yeni AKABE-KÜTAHYA satış-sərgi salonunun açılışı baş tutdu.
Açılış mərasimində Azərbaycanın tanınmış ziyalıları, incəsənət və şou-biznes aləminin məşhurları, memarlar, dizaynerlər, iş adamlarını görmək olardı.
Yeni sərgi-satış salonunun açılışında Güral ailəsinin üzvləri, "Kütahya" şirkətinin yaradıcısı olan Nafi Gural və xanımı, “Kütahya Seramik”in rəhbəri Erkan Gural, “Kütahya Porselen”in rəhbəri Sema Güral şəxsən iştirak ediblər.
Tədbiri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıb.
19 illik fəayiyyəti ərzində inşaat sektorunda bir çox yeniliklərə imza atmış AKABE bu dəfə də yeni məkanda dünyaca məşhur Türk markası olan "Kütahya" şirkəti ilə bir araya gələrək müştərilərinə “Kütahya Seramik” və “Kütahya Porselen”in orijinal sertifikatlı məhsullarını geniş çeşiddə və unikal dizaynda təqdim edir.
Qeyd edək ki, 1961 ci ildə əsası qoyulmuş "Kütahya Seramik" keramikanın vətəni sayılan Çin Dövlətinə məhsullarını ixrac edən ilk və tək türk markası olub 70-dən çox ölkəyə məhsullarını ixrac edir. “Türkiyə istehsalı” loqosunu fəxrlə daşıyan "Kütahya Seramik" 120x120 sm və 110x240 sm ölçülərində analoqsuz keramik qranit istehsalı ilə Türk keramika sektorunda bir fərqlilik yaradıb.
Bununla yanaşı yeni mağazada dünyaca məşhur markaların məhsullarını da görmək olar. Bunlar sırasında Laufen , Hansgrohe, Armadi Art , Visto Doro, Duravit və s. yer alır.
"AKABE" MMC tərəfindən zövq oxşayan məhsullarla yanaşı müştərilərə ödənişsiz dizayn xidməti də təklif edilir.
Bugünədək müştərilərinə inşaat sektorunun bütün yeniliklərini təqdim etməkdən qürur duyan "Akabe" MMC yeni açılan məkanda "Kütahya"nın Türkiyədə "Milli Porselen Markası" mükafatına layiq görülmüş və dünyanın bir çox ölkələrində fərqli dizayn, forma və keyfiyyətinə görə seçilən porselen qab-qacaqlarını da təqdim edir.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsi 12
Qaynar xətt: 1823
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
48 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət




















