“Arsenal” və “Çelsi” azarkeşləri üçün Bakıya səfər paketinin qiyməti açıqlanıb
UEFA Avropa Liqasının final matçı üçün İngiltərənin “Arsenal” və “Çelsi” klublarının azarkeşlərinin Londondan Bakıya səfərini təşkil edəcək “Thomas Cook Sport” şirkəti vahid qiyməti açıqlayıb.
Şirkətin rəsmi saytına istinadən xəbər verilir ki, final biletini təqdim edəcək hər bir şəxs 979 funt sterlinq (təqribən 2150 manat) ödəməklə gediş-dönüş paketi əldə edə biləcək.
Birgünlük səfər paketinə təyyarə bileti və Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionuna avtobusla gediş-gəliş daxildir. Londondan uçuş oyun günü saat 8:30-a (Bakı vaxtı ilə saat 11:30) nəzərdə tutulub. Geri dönüş isə matçdan sonra - mayın 30-u səhər saatlarında olacaq.
Bildirilir ki, uçuş saatlarının dəyişdirilməsi mümkündür.
“Thomas Cook Sport” şirkəti İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının azarleşlərinə Çempionlar Liqasının iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda baş tutacaq final matçı üçün oxşar paketi 559 funt sterlinqə təklif edir.
Lakin nəzər almaq lazımdır ki, Londondan Bakıya hava məsafəsi 3967.84 km olduğu halda, Londondan Madridə 1263,01 km-dir. Yəni, məsafə olaraq götürülərsə, şirkətin İspaniya paytaxtına gediş-gəliş paketinin qiyməti Bakı ilə müqayisədə bahadır.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)


.jpg)









