Huawei-yə daha bir zərbə
ABŞ-ın "qara siyahı"ya saldığı Çinin texnologiya şirkəti Huawei-yə Google-ın ardından bir zərbə də Microsoft tərəfindən vuruldu. ABŞ-ın texnologiya nəhəngi Microsoft-un onlayn mağazası vasitəsilə satılan Huawei-nin kompüter modelləri satış siyahılarından çıxarılıb.
"Marja" xəbər verir ki, kompüterlərində Microsoft-un Windows əməliyyat sistemini istifadə edən Huawei-nin modelləri artıq Microsoft-un onlayn mağazası Microsoft Store-da yer almır.
Microsoft-un mağazasında Huawei-nin məhsullarını axtaran istifadəçilər bu xəbərdarlıq mesajı ilə qarşılaşırlar: "Təəssüf ki, istədiyiniz səhifə tapılmadı".
Huawei-nin Apple-ın MacBook Pro-larına rəqib olaraq təqdim etdiyi Huawei Matebook X Pro modeli Microsoft-un mağazaları vasitəsilə satışa təqdim edilmişdi.
Huawei MateBook X Pro-nun i5 prosessor, 8 GB RAM və 512 GB-lik yaddaş xüsusiyyətinə malik olan modeli 1599 Avroya, i7 prosessor, 16 GB RAM və 1 TB yaddaşı olan modeli isə 1999 Avroya keçən ay satışa çıxmışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Microsoft-un Çin şirkəti ilə Windows lisenziya razılaşmasına davam edib-etməyəcəyi bilinmir.
Yaşanan bu son vəziyyət Huawei-ni mobil cihazlarının ardından kompüterləri üçün də yeni bir əməliyyat sistemi axtarışına məcbur edir.
Bilindiyimiz kimi, keçən həftə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumət tərəfindən verilən qərar ilə, Huawei daxil 70-ə qədər şirkət "qara siyahı"ya daxil edilmişdi. Qərara görə, siyahıdakı şirkətlərin ABŞ-da istehsal edilən məhsullardan və xidmətlərdən bir qərar olmadığı müddətdə istifadə edə bilməyəcəkləri açıqlanmışdı. Google da Çinli texnologiya şirkəti Huawei-nin ABŞ tərəfindən "qara siyahı"ya salınmasının ardından, Huawei istifadəçilərinin Google məhsullarına çıxışını təxirə saldığını açıqlamışdı.
Daha sonra ABŞ Huawei-yə 90 gün möhlət verdiyini açıqlanmışdı. Çin şirkəti bu müddəti ərzində, dünya səviyyəsindəki əməliyyatlarının təsirlənməməsi üçün ABŞ-da istehsal edilən məhsulları satın almağa davam edə biləcək.
"YENİ ƏMƏLİYYAT SİSTEMİ BU İL HAZIR OLACAQ"
"Marja" CNBC-yə istinadən xəbər verir ki, Huawei-də İstehlakçı İş Qrupunun direktoru Richard Yu Huawei-nin öz əməliyyat sisteminin payıza qədər ağıllı telefonlar və kompüterlərdə istifadəyə hazır olacağını açıqlayıb.
Richard Yu əməliyyat sisteminin beynəlxalq bazarlar üçün 2020-ci ilin ilk ya da ikinci rübündə hazır olacağını söyləyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Richard Yu yalnız Huawei-nin Google və Microsoft ilə əməkdaşlığın tamamilə dayanması vəziyyətində şirkətin öz proqram sistemini inkişaf etdirəcəyini vurğulayıb.
Richard Yu, "Hələ Microsoft Windows və Google Android əməliyyat sisteminə bağlıyıq. Lakin bunu istifadə edə bilməzsək, Huawei öz B planını hazırlayacaq və öz əməliyyat sistemini istifadə edəcək" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
9 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
11 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















