Mayda 2 trilyon dollar "buxarlanıb"
Ticarət müharibələri qlobal birjalardan 2 trilyon dollar aparıb
ABŞ ilə Çin arasında ticarət müharibəsi davam edərkən ABŞ Prezidenti Donald Tramp Meksika cəbhəsini də açıb. Ticarət müharibələri may ayında qlobal bazarlardan 2 trilyon dollarlıq itkinin yaşanmasına gətirib çıxarıb. ABŞ ilə Çin arasındakı müharibənin Huawei üzərindən davam etməsi xüsusilə texnologiya şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Sonuncu "Meksika qərarı" isə avtomobil istehsalçılarını vurub.
"Marja" xəbər verir ki, "Datastream"ın məlumatlarına görə, ABŞ-da S&P 500 indeksi mayda 6.6 düşüb, bu, indeksdəki səhmlərin bazar dəyərindən 1.6 trilyon dolların silindiyi mənasını verir. MSCI Dünya İndeksindəki aylıq itki isə 6.2% təşkil edir. Bu azalma daxil itki 2 trilyon dollara çatır.
ABŞ Prezidenti Donald Trampan Meksikadan idxal edilən məhsullara əlavə vergi tətbiq etməsi qlobal bazarlar üçün onsuz da mənfi keçən may ayının dünya dirjalarında ortalama gündəlik 0.8 enişlə bağlanmasına gətirib çıxarıb.
Hələ Çinə tətbiq edilən tarifələrin təsiri itməmişkən, indi yeniləri ilə qarşı-qarşıyayıq. Bu da qlobal bazarlar üçün mənfi bir vəziyyətdir. Meksikaya tətbiq edilən əlavə tarif bazarlar üçün sürpriz olub. Qlobal bazarlar Meksika və Kanada ilə aparılan ticarət danışıqlarının müsbət keçdiyini sanırdı.
Yaxın zamana qədər bazarlar ABŞ Prezidenti Trampın sonda iqtisadiyyatın pozulmaması üçün razılaşmalar edəcəyinə inanırdı. İndi isə qarşımızda istədiyini almaq üçün iqtisadiyyatı düşünmədən davamlı yeni əlavə tarifi tətbiq edə biləcək bir Tramp dayanır.
Əsasən texnologiya şirkətlərinin yer aldığı Nasdaq indeksi may ayında 7.9% azalıb. S&P 500 indeksində yer alan texnologiya şirkətlərindəki azalma isə 8.9% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
-
29 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 31 d. əvvəl
-
36 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Ən çox oxunanlar
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı























